03:14 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
25 0 0

Bir ay ərzində həyata keçirilən təxribatlar, döyüş bölgələrindən uzaqda yerləşən şəhər və qəsəbələrimizdə yaşayan dinc əhaliyə qarşı tətbiq edilən hərbi cinayətlər nəticəsində 36 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 11 uşaq qətlə yetirilib.

BAKI, 28 oktyabr — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Uşaq Fonduna müraciət edib. Bu barədə Komitədən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir. Qeyd olunur ki, Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini növbəti dəfə pozaraq 27 oktyabr 2020-ci il tarxində günorta saatlarından başlayaraq Goranboy və Bərdə rayonlarını müxtəlif istiqamətlərdən intensiv atəşə məruz qoyub: "Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun Qarayusifli kəndini müxtəlif istiqamətlərdən ağır artilleriya atəşinə tutması nəticəsində 4 nəfər dinc sakin həyatını itirib, 14 nəfər yaralanıb. Qətlə yetirilənlərdən 1-i, xəsarət alanlardan 4-ü azyaşlıdır.

2020-ci il sentyabrın 27-dən başlayaraq həyata keçirilən təxribatlar, döyüş bölgələrindən uzaqda yerləşən şəhər və qəsəbələrimizdə yaşayan dinc əhaliyə qarşı tətbiq edilən hərbi cinayətlər nəticəsində 36 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 11 uşaq qətlə yetirilib. Bu, Ermənistan hərbi-siyasi rəhbərliyinin terrorçu əməllərinin növbəti təzahürüdür.

Ermənistanın işğalçı siyasi əməlləri bununla bitmir. Belə ki, döyüş bölgəsində ordusunun məğlubiyyətə məruz qaldığını görən Ermənistan beynəlxalq humanitar hüququn ən elementar normalarına məhəl qoymayaraq uşaqları hərbi əməliyyatlara cəlb edir".

Müraciətdə qeyd olunub ki, bununla Ermənistan hökuməti "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyası, Birləşmiş Millətlər Təşkilatının "Ümumdünya İnsan Haqları Bəyannaməsi"ni, BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyası və Konvensiyanın Uşaqların silahlı münaqişələrdə iştirakı ilə əlaqədar Fakültativ Protokolu, "Vətəndaş və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktı, "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanı, "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair" Konvensiyanı, eləcə də "Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi" Bəyannaməsini kobud surətdə pozur.

Əlaqədar

MN: Tərtər və Bərdə atəşə tutulur
Goranboy, Tərtər və Bərdə rayonları raket atəşinə tutulur
Bərdə şəhəri raket atəşinə tutulur, ölənlər var
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO

Əsas mövzular