06:09 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
42 0 0

Hazırda Beynəlxalq Kosmik Stansiyada rus kosmonavtlardan Sergey Rıjikov, Sergey Kud-Sverçkov və amerikalı Ketlin Rubins qalıb. K.Kessidi yerə enməmişdən bir müddət əvvəl stansiyanın komandanlığını rus kosmonavtı S.Rıjikova verib.

BAKI, 22 oktyabr — Sputnik. Rusiyaya məxsus Soyuz MS-16 idarəolunan kosmik gəmisi yerə enmədən əvvəl Beynəlxalq Kosmik Stansiyadan (BKS) kənarlaşdırılıb.

Xilasedicilər BKS-dən qayıdan rus kosmonavtları Anatoli İvanişin, İvan Vaqner və NASA kosmonavtı amerikalı Kriss Kessidi hava gəmisinin xüsusi enmə aparatından çıxarıblar. Yayımı "Roskosmos" həyata keçirib.

Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, hava gəmisi Moskva vaxtı ilə gecə saat 02:32-də stansiyadan ayrılıb. Gəminin hərəkət sistemi 05:01-də yavaşlamağa başlayıb və bundan sonra enmə aparatı orbitdən çıxıb. Qısa müddətdən sonra hava gəmisi bölmələrə ayrılıb və ekipaj təxminən 4 g səviyyəsində artıq yüklənmə yaşayıb.

Hazırda BKS-də rus kosmonavtlardan Sergey Rıjikov, Sergey Kud-Sverçkov və amerikalı Ketlin Rubins qalıb. K.Kessidi yerə enməmişdən bir müddət əvvəl stansiyanın komandanlığını rus kosmonavtı S.Rıjikova verib.

Qeyd edək ki, ekipaj BKS-də 196 günlük ekspedisiya zamanı Rusiyaya məxsus iki "Proqres" yük hava gəmisi, Yaponiyanın HTV-9 və Amerikanın "Cygnus" kosmik gəmilərini qəbul edib.

2011-ci ildən bəri ilk dəfə İlon Maskın "SpaceX" şirkətinə məxsus "Crew Dragon" adlı Amerika gəmisinin heyəti stansiyada olub. Amerikalılar tərəfindən dörd dəfə açıq fəzaya uçuş həyata keçirilib və BKS iki dəfə kosmik tullantı ilə toqquşma təhlükəsindən yayınıb.

Uçuş zamanı BKS atmosferində benzol konsentrasiyasının artımı və stansiyanın Amerika seqmenti xaricində ammonyak sızması qeydə alınıb. Rusiyanın "Zvezda" modulunun gövdəsində isə kiçik çat aşkar edilib ki, bu da hava sızıntısına səbəb olub.

Əsas mövzular