12:08 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
XƏBƏRLƏR
Qısa URL
33201

Ermənistan silahlı qüvvələri Azərbaycanın Tərtər rayonunda mülki obyekti - pambıqtəmizləmə zavodunu artilleriya atəşinə tutub.

BAKI, 19 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələri Azərbaycanın Tərtər rayonunda mülki obyekti - pambıqtəmizləmə zavodunu artilleriya atəşinə tutub.

© Sputnik
Ermənistan SQ Azərbaycanın Tərtər rayonunda mülki obyekti - pambıqtəmizləmə zavodunu artilleriya atəşinə tutub

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, artilleriya atəşi nəticəsində zavodda böyük yanğın başlayıb. Hələlik zavodda zərərçəkənlər, ölən və yaralananlar barədə məlumat yoxdur. 

© Sputnik
В результате обстрела ВС Армении загорелся завод в Тертере

Qeyd edək ki, sözügedən müəssisə 1983-cü ildə istifadəyə verilib. 1997-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Tərtər Pambıqtəmizləmə zavodunun bazasında “Tərtər Pambıq” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

Sözügedən müəssisənin fəaliyyət sahəsi pambıq tədarükü, emalı və satışıdır. 

Əsas mövzular