11:03 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
12810

Çinlə ticarət sərhədinin bağlanması səbəbindən Moskvada Azərbaycan istehsalı olan xiyarın qiyməti 11 manata, pomidorun qiyməti isə 19 manatadək qalxıb

BAKI, 5 fevral — Sputnik. Rusiyada Uzaq Şərqdə Çinlə sərhədin bağlanması səbəbindən tərəvəzlərin qiyməti iki dəfə bahalaşıb. Rusiya mətbuatının yazdığına görə, Primoryedə xiyarın kiloqramı 400 rubla (10 manat 74 qəp) qalxıb. Koronavirus pomidorların da qiymətinin astronomik həddə çatmasına səbəb olub. Belə ki, Azərbaycandan gətirilmiş pomidorun 1 kq-nın qiyməti 700 (18 manat 79 qəp) rübladək qalxıb.

Yayılmış virus Rusiyadakı Çin restoranlarının da fəaliyyətinə mənfi təsir göstərib. "The Bell" nəşrinin yazdığına görə, misal üçün, Moskvada Svetnoy bulvar deyilən ərazidə yerləşən "J.Z. Peking Duck" restoranı gəlirlərinin demək olar ki, iki dəfə azaldığını elan edib. Restoran sahibləri müştərilərin nəinki Çin vətəndaşlarını, monqoloid irqindən olan hər kəsi görən kimi restoranı dərhal tərk etdiklərini bildiriblər.

"Vəziyyət absurd hala gəlib çatıb: insanlar gəlirlər, sifariş verirlər, Yaponiya və Qazaxıstandan gələn qonaqları görəndə çaxnaşma düşür və durub dərhal restoranı tərk edirlər", - deyə restoranın baş direktoru Natalya Boqomolova bildirib.

Daha əvvəl yayılan məlumatlara görə, "Maqnit" pərakəndə satış şəbəkəsi Çindən meyvə və tərəvəz tədarükünü dayandırıb. Reteylerlər ("Pyateroçka", "Perekryostok" supermarketlərini və "Karusel" hipermarketlərini idarə edən "Maqnit" və "X5" pərakəndə satış şəbəkələrinin alqı-satqı menecerləri) koronavirusların yayılması fonunda tədarükçüləri dəyişmək niyyətindədir. Bununla yanaşı, pərakəndə satış şəbəkələri dəyişikliklərin qiymətlərə müəyyən dərəcədə təsir göstərə biləcəyini qeyd ediblər.

Ötən ilin sonlarından başlayaraq Çində yayılan, əvvəllər məlum olmayan koronavirus təhlükəli pnevmaniyaya, tənəffüs və böyrək çatışmazlığına səbəb olur. Son məlumatlara görə, 500-dək artıq insan bu xəstəliyin qurbanı olub. Mütəxəssislər bu virusun irimiqyaslı pandemiyaya çevriləcəyini istisna etmirlər.

Əsas mövzular