Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zəncirvari qəza: 48 avtomobil toqquşub, yaralılar var - VİDEO

© AFP 2023 / GUILLAUME SOUVANTАвария, фото из архива
Авария, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya DİN Yol Hərəkətində Təhlükəsizliyin Təmin edilməsi Baş İdarəsinin əməkdaşları hazırda vəziyyətə nəzarət edirlər və sürücülərə köməklik göstərirlər.

BAKI, 11 dekabr — Sputnik. Vladivostok şəhəri yaxınlığında qarın yağması səbəbindən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Xabarovsk-Vladivostok avtomobil yolunun 9-cu kilometrliyində, Novıy-De-Friz qəsəbəsində 48 avtomobil toqquşub. Nəticədə 12 nəfər xəsarət alıb, onların ikisi xəstəxanaya yerləşdirilib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Надега Тут⬇️ (@nadega_tut)

Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən bildiriblər ki, bu yolda hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb. Rusiya DİN Yol Hərəkətində Təhlükəsizliyin Təmin edilməsi Baş İdarəsinin əməkdaşları hazırda vəziyyətə nəzarət edirlər və sürücülərə köməklik göstərirlər.

Посмотреть эту публикацию в Instagram

Публикация от Владивосток (@vl_city_)

Vladivostok rəhbərliyi idarə və müəssisələrə iş gününü ixtisara salmağı tövsiyə edib. Çünki sinoptiklərin məlumatına saat 16:00-dan sonra qar güclənəcək, küləyin sürəti saniyədə 25 metrə çatacaq.

Xəbər lenti
0