05:59 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0614
  • RUB0.0236
XƏBƏRLƏR
Qısa URL
985

Rusiyalı aparıcılar Ruslan Usaçev və Mixail Kşiştovski Bakının məşhur yerlərini gəziblər, onun gözəlliyi ilə yanaşı çatışmazlıqlarını da qeyd ediblər.

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Məşhur rusiyalı aparıcılar Ruslan Usaçev və Mixail Kşiştovski öz "Pora valit" ("Aradan çıxmaq vaxtıdır") səyahət şousunun növbəti buraxılışını Azərbaycana həsr ediblər və səyahət zamanı nələrdən xoşlanmadıqlarından danışıblar.

Sputnik Azərbaycan-ın məlumatına görə, verilişin buraxılışı layihənin YouTube sosial şəbəkəsindəki səhifəsinə yerləşdirilib. Aparıcılar İçərişəhər, Heydər Əliyev Mərkəzi, Xalça muzeyi, Yanardağ, palçıq vulkanı, həmçinin Bakı ətrafını ziyarət ediblər. Onlar etiraf ediblər ki, şəhərin gözəlliyinə valeh olublar, bununla belə, çatışmazlıqları da qeyd etməyi unutmayıblar.

"Şəhərin mərkəzində bütün binaların üzlükləri eyni rəngdədir, buna görə də hamısı standartlaşdırılmış kimi görünür. Bununla əlaqədar olaraq, Bakıda istiqamətləri müəyyənləşdirmək çətindir. Çox saxta, plastik və turistik görünürdü", - deyə aparcılar bildiriblər.

Onlar qeyd ediblər ki, Bakıda ən çətin şey plastik kartları qəbul edən mağazalar tapmaq idi.

"Şəhər gözəldir, görməli yerlərin yarısını çəkmək olmaz, şəhərin ətrafı isə sərhadır", - deyə aparıcılar bildiriblər.

Aparıcılar Ruslan Usaçev və Mixail Kşiştovski müxtəlif ölkələrə səyahət edirlər və verlişdə öz təəssüratlarını bölüşürlər. Onlar həmçinin videoblogerliklə də məşğul olurlar.

Əsas mövzular