21:09 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
S-400 Triumf

Türkiyədə "S-400"lərin bəzi hissələri istehsal oluna bilər - ROSTEX

© Sputnik / Grigoriy Sisoev
XƏBƏRLƏR
Qısa URL
897 0 0

Sergey Çemezov eyni zamanda qeyd edib ki, Hindistanla da "S-400" sisteminin hissələrinin birgə istehsalı da müzakirə olunur

BAKI, 16 sentyabr — Sputnik. Türkiyədə "S-400" zenit-raket komplekslərinin bəzi hissələrini istehsal etmək mümkündür. Sputnik Türkiyə xəbər verir ki, bunu Rusiyanın "RBK" telekanalına açıqlamasında "Rostex" şirkətinin rəhbəri Sergey Çemezov bildirib.

"S-400" çox yüksək texnologiyaya məxsus bir sistemdir. Sıfırdan istehsala başlamaq mümkün deyil. Lakin onun bəzi hissələrini istehsal etmək mümkündür. Bu hissələrin hansı olduğunu açıqlamayacağam", - deyə Çemezov "Türkiyə ilə "S-400" zenit raket komplekslərinin bəzi hissələrini istehsal edəcəyini demişdiniz. O hissələr hansılardır" sualını cavablandırarkən bildirib.

O, eyni zamanda qeyd edib ki, Hindistanla da "S-400" sisteminin hissələrinin birgə istehsalı da müzakirə olunur.

Əsas mövzular