12:04 18 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9102
Taksi, arxiv şəkli

Taksi sürücüsü polisin funksiyalarını yerinə yetirərək ziyankarı saxladı

© Sputnik / Anar Mustafayev
XƏBƏRLƏR
Qısa URL
131 0 0

Taksi sürücüsü onu saxlayana kimi daha 6 avtomobilə maddi ziyan vuran sərxoş sürücü nəhayət ki, maşını saxlayıb.

BAKI, 24 dekabr — Sputnik. Rusiyanın Murmansk əyalətində taksi sürücüsü özünü polis kimi aparıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, gecə saatlarında bir avtomobil idarəetməni itirərək həmin şəxsin taksisinə dəyib və yoluna davam edib. Taksi sürücüsü və avtomobildə olan sərnişin qərara gəliblər ki, həmin avtomobili sürən şəxs sərxoşdur. Onlar içkili sürücünü saxlamaq istəyiblər. Çünki idarəetməni itirən maşın qarşısına çıxan avtomobilləri əzərək gedirmiş. Taksi sürücüsü onu saxlayana kimi daha 6 avtomobilə maddi ziyan vuran sərxoş sürücü nəhayət ki, maşını saxlayıb.

Daha sonra polis sürücünü saxlayıb. Sürücü harada və nə üçün bu qədər içdiyinə aydınlıq gətirə bilməyib. Polis sərxoş kişinin əllərinin qan içində olduğunu müşahidə edib. Hadisə ilə bağlı araşdırma başlayıb.

Əsas mövzular