05:27 10 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9335
Araq

Ruslar "araq"dan kosmosda da istifadə etməyə hazırlaşırlar

CC BY-SA 2.0 / Natalia Balcerska / Bottle & Glasses
XƏBƏRLƏR
Qısa URL
52 0 0

"Araq"la işləyən yeni cihaz təbii fəlakətləri proqnozlaşdırmağa kömək edəcək

BAKI, 2 dekabr — Sputnik. Etil spirtinin su ilə qarışığı - "araq" adlandırdığımız içki Sergey Korolyov adına Samara Universitetinin alimləri tərəfindən düzəldilmiş mühərrikdə yanacaq kimi istifadə ediləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Hi-tech on-line nəşri xəbər yayıb.

Qeyd edək ki, bu mühərrik Yer şərtlərində işləmək üçün nəzərdə tutulmayıb. Ondan hazırda Samarada düzəldilən, Rusiya istehsalı olan SamSat-M eksperimental nanopeykdə istifadə ediləcək.

Məsələ ondadır ki, spirt Yerin orbitindən kənardakı aşağı temperaturda mühərrikin donmasının və bu səbəbdən də fəaliyyətini dayandırmasının qarşısını alacaq.

Rusiyalı alimlər hesab edirlər ki, yeni mühərrik yüksək buxar axınını və eyni zamanda, nanopeyk üçün vacib olan yüksək manevretmə sürətini əldə etməyə imkan verir. Bununla yanaşı, sözügedən qarışıq özbaşına alovlanmır, toksiki deyil və ətraf mühitə zərər vurmur.

Layihə müəlliflərinin sözlərinə görə, su və spirtdən ibarət yanacaqdan istifadə edən mühərrik nano sinfindən olan kosmik aparatların imkanlarını genişləndirəcək. Onlar kosmosda nanopeyklər qrupunda bir sıra tətbiqi vəzifələri həyata keçirə biləcəklər. Bu vəzifələr Yerin geofiziki sahələrinin, termosferin və ionosferin öyrənilməsi ilə bağlıdır. Onların öyrənilməsi isə bir sıra təbii fəlakətləri proqnozlaşdırmağa, asteroid təhlükəsini aydınlaşdırmağa, eləcə də kosmosdakı kosmik aparatların vəziyyətini yoxlamağa imkan verəcək.

Əsas mövzular