05:56 25 Fevral 2018
Canlı yayım
Эльмар Мамедъяров, министр иностранных дел Азербайджана

Azərbaycan "3+2" formatında görüşün keçirilməsi təklifini qəbul edib

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
3202

Azərbaycan Fransanın irəli sürdüyü ATƏT-in nazirlər toplantısı çərçivəsində "3+2" formatında görüşün keçirilməsi təklifini qəbul edib.

BAKI, 17 noy — Sputnik. Xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində  noyabrın 17-də Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro ilə görüşüb.

XİN-dən verilən xəbərə görə, görüş zamanı tərəflər Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, mədəniyyət və təhsil sahələrdə ikitərəfli əlaqələrin indiki durumu və perspektivləri, o cümlədən son zamanlar sürətlə inkişaf edən regionlararası əməkdaşlıq məsələlərini müzakirə etdilər və Azərbaycan-Fransa münasibətlərin bütün sahələrdə müsbət və davamlı şəkildə inkişaf etməsindən məmnunluq ifadə ediblər.

Nazirlər Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə nəzər salaraq, bu günlərdə Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni saziş layihəsi üzrə danışıqların başlanılması üçün Avropa Komissiyasına müvafiq mandatın verilməsi faktını alqışlayaraq, bu qərarın ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin məqsədyönlü və qarşılıqlı maraq əsasında inkişafına yeni təkan verəcəyinə əmin olduqlarını bildiriblər. 

Həmçinin, nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və danışıqlar prosesinin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Onlar münaqişənin tezliklə siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin məntiqli və nəticəyə yönəlmiş əsasda davam etdirilməsinin vacibliyini təsdiq ediblər.

Bu xüsusda nazir Elmar Məmmədyarov fransalı həmkarı tərəfindən irəli sürülmüş, dekabrın 8-də Hamburqda keçiriləcək ATƏT-in nazirlər toplantısı çərçivəsində xarici işlər nazirləri səviyyəsində "3+2" formatında görüşün keçirilməsi təklifini qəbul etdiyini bildirib.

Səfər əsnasında nazir Elmar Məmmədyarov, həmçinin Fransanın ATƏT-in Minsk Qrupundakı yeni həmsədri səfir Stefan Viskonti ilə ayrıca görüş keçirib.

Əsas mövzular