Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda tıxacın qarşısını almaq üçün yollardan birində dəyişiklik edildi

© Baku Transport AgencyСветофор в Баку, фото из архива
Светофор в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.08.2021
Abunə olmaq
Bunadək Ceyhun Hacıbəyli–Ənvər Qasımzadə küçələrinin kəsişməsində hərəkətin nizamlanmadığı səbəbindən xaotik vəziyyətin yaranırdı.
 
BAKI, 24 avqust — Sputnik. Paytaxtda nəqliyyat şəraitinin yaxşılaşdırılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması istiqamətində növbəti araşdırmalar Ceyhun Hacıbəyli küçəsinin Abbasqulu ağa Bakıxanov və Ənvər Qasımzadə küçələri ilə kəsişməsində aparılıb.
Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılan araşdırmalar zamanı müəyyən edilib ki, A.Bakıxanov küçəsi Bakı şəhərinin əsas yol şəbəkələrindən biridir. Adıçəkilən küçənin Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsindən gün ərzində 50.000-dən artıq nəqliyyat vasitəsi keçir ki, həmin nəqliyyat vasitələrinin böyük əksəriyyətinin sola dönərək "Gənclik" metro stansiyasına istiqamətləndiyi, Ceyhun Hacıbəyli–Ənvər Qasımzadə küçələrinin kəsişməsində hərəkətin nizamlanmadığı səbəbindən xaotik vəziyyətin yarandığı, Ənvər Qasımzadə küçəsi ilə hərəkətdə olan avtobusların ləngiməsi və sərnişindaşıma xiddətində keyfiyyətin aşağı düşməsi, kəsişmənin hərəkəti buraxma qabiliyyətinin aşağı, nəqliyyat intensivliyinin isə yüksək olması səbəbindən tıxac və sıxlıq hallarının yaranması, Bakı Zoologiya Parkı və Koroğlu parkına piyada axınının çox olması aşkar edilib.
Həyata keçirilmiş dəyişikliklər nəticəsində C.Hacıbəyli – Ənvər Qasımzadə küçəsinin kəsişməsində işıqfor obyektləri quraşdırılıb, eyni zamanda kəsişmədə üfqi nişanlanma xətti ilə sarı tor çəkilib. C.Hacıbəyli – Ənvər Qasımzadə küçələrinin kəsişməsindəki mübahisəli nöqtələr aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin edilmiş və yol hərəkəti təhlükəsizlik səviyyəsi artırılıb tıxac və sıxlıq hallarının baş vermə ehtimalı azaldılıb, marşrut avtobuslarının qrafikində yaranan gecikmələr aradan qaldırılaraq sərnişindaşıma xiddətinin keyfiyyəti artırılıb, təşkil edilən nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların təhlükəsizliyi maksimum həddə çatdırılıb.
Qeyd edək ki, sarı tor "Yol hərəkəti haqqında" Qanunun 75-ci maddəsinin 2-ci hissəsinin tələbini əyani şəkildə, görüntülü olaraq sürücüyə çatdırmaq üçündür. Bu tor ona görə lazımdır ki, sürücü getdiyi istiqamətdə tıxac yaranarkən yolayrıcının və ya hərəkət hissələrinin kəsişməsinin hansı hissəsində dayanıb qalmağın qadağan edildiyini, yaxud tıxac yaranarkən yolayrıcının və ya kəsişmə yerinin hansı hissəsinin daim təmiz saxlanılmalı olduğunu əyani şəkildə görsün, bunu dərk eləsin. Bəzi sürücülər yolayrıcının və ya kəsişmə yerinin hara olduğunu da dəqiq müəyyən etməkdə çətinliklər çəkirlər. Sarı tor bu mənada sürücülərin köməyinə çatacaq.
Xəbər lenti
0