QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan Ordusuna Yardım Fondu yaradılır

© Photo : AzeriGoldAzərbaycan hərbçiləri, arxiv şəkli
Azərbaycan hərbçiləri, arxiv şəkli  - Sputnik Azərbaycan
Abunə olmaq
“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” fərman isə ləğv edilir

BAKI, 8 dekabr - Sputnik. Azərbaycan Ordusuna Yardım Fondu yaradılır. “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” fərman isə ləğv edilir. Sputnik Azərbaycan bildirir ki, bu barədə Prezident İlham Əliyev bu gün Fərman imzalayıb.

Sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Ordusuna Yardım Fondu yaradılsın.

2. “Azərbaycan Ordusuna Yardım Fondu haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 475) ləğv edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondu ləğv edildiyi gündən onun balansında qalan vəsaitin Azərbaycan Ordusuna Yardım Fondunun xüsusi xəzinə hesabına köçürülməsini təmin etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin".

Xəbər lenti
0