06:42 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
48 0 0

"Bu gün həm də ona görə özümü xoşbəxt sayıram ki, mən də Vətənə, dövlətə əsgər verdim" - Xəyal Məmmədov

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 4 noyabr — Sputnik. Torpaqlarımızın azadlığı uğrunda döyüşən igid oğullarımızdan birinin qələbə sevincinə daha bir sevinc qatılıb. Hərbçimiz bu günlərdə ata olduğu xəbərini alıb. Aprel döyüşləri qazisi, II Qarabağ müharibəsi könüllüsü, Qusar rayon sakini olan Xəyal Məmmədov oğul atası olub. Sputnik Azərbaycan-ın məlumatına görə, Tovuz rayon xəstəxanasında göz açan körpəyə atası milli qəhrəman Mübariz İbrahimovun adını verib, onun da gələcəkdə hərbçi kimi görmək istədiyini söyləyib.

  • Qusar rayon sakini olan Xəyal Məmmədov yeni dünyaya gələn övladına Mübariz İbrahimovun adını qoyub
    © Sputnik / Ilham Mustafa

1 / 7
© Sputnik / Ilham Mustafa
Qusar rayon sakini olan Xəyal Məmmədov yeni dünyaya gələn övladına Mübariz İbrahimovun adını qoyub

"Qoy bütün ermənilər, ermənipərəstlər eşitsinlər ki, Azərbaycanda Mübarizlər bir dəfə öləndə min dəfə dünyaya gəlirlər. Bu gün həm də ona görə özümü xoşbəxt sayıram ki, mən də Vətənə, dövlətə əsgər verdim", - Xəyal Məmmədov deyib.

Xəyal Vətən uğrunda Aprel döyüşlərində qəhrəmanlıqlar göstərib. Hazırda da Vətənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərə könüllü qatılıb. O, Qarabağa gedən yolun 12 iyul Tovuz döyüşləri ilə başladığını hesab etdiyindən övladının da Tovuzda dünyaya gəlməsini istəyib.

Əlaqədar

Məcburi köçkünlər torpaq uğrunda döyüşən əsgərlərə kamuflyaj hazırlayırlar - REPORTAJ
Azərbaycan pravoslavları hərbçilərimizə sovqat göndərdilər
İsmayıllıda qəhrəman yolu gözləyən Bağdagül xanım: "Sizin iki ananız var - Vətən və mən"
Ermənistan hərbi əməliyyatlar zamanı uşaqlara qarşı ağlasığmaz cinayətlərə əl atıb
Sağ qalmaq istəyirsizsə, silahı yerə qoyub təslim olun - MN-dən erməni hərbçilərə çağırış
Teqlər:
Mübariz İbrahimov, qazi, aprel döyüşləri, hərbçi, Qarabağ, Azərbaycan

Əsas mövzular