08:00 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1145)
25 0 0

Müraciətin sonunda icma rəhbərləri 1165 saylı qətnamə layihəsinin qəbul edilməyəcəyinə inam ifadə edərək, onunla bağlı rədd qərarının dünyada sülhün və ədalətin bərqərar olması işinə böyük töhfə verəcəyini vurğulayıblar.

BAKI, 20 oktyabr — Sputnik. Xristian dini icma rəhbərləri ABŞ Konqresinə təqdim olunmuş qətnamə layihəsinə etiraz ediblər.

Bu barədə Sputnik Azərbaycan-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən xristian dini icmalarının rəhbərləri ABŞ Konqresinin üzvü Ceki Speyer (Jackie Speier) tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1 oktyabr 2020-ci ildə ABŞ Konqresinə təqdim olunan reallıqdan uzaq və yanlış səciyyəli 1165 saylı qətnamə layihəsinə qəti etiraz edərək, bununla bağlı ABŞ-ın ona yaxın dövlət və qeyri-dövlət qurumlarına (ABŞ Dövlət katibinə, ABŞ Senatının prezidentinə, ABŞ Dövlət Departamentinin Xüsusi Tapşırıqlar – Beynəlxalq Dini Azadlıq üzrə səfirinə, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinə, Nümayəndələr Palatasının Demokratlar üzrə rəhbərinə, Palatanın Respublikaçılar üzrə rəhbərinə, Nümayəndələr Palatasının üzvlərinə, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasına və "Xristianların müdafiəsi" təşkilatına - "In Defense of Christians") etiraz müraciəti ünvanlayıblar.

Müraciətdə konfessiya rəhbərləri xristian dini mənsublarının ölkəmizdə əsrlərdən bəri öz dini ibadət və tələbatlarını heç bir maneə olmadan həyata keçirdiyini, öz mənəvi dəyər və mədəni ənənələrini yüksək səviyyədə maneəsiz yaşadıqlarını, icmaların və ibadət evlərinin Azərbaycan dövləti tərəfindən həmişə diqqət və qayğı ilə əhatə olunduğunu ifadə ediblər.

Müraciətdə əsas diqqət Ermənistanın Azərbaycana qarşı təcavüzünə yönəldilərək, erməni hərbi birləşmələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu işğal etdiyi, bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlının - xristian və digər dinlərin nümayəndələri də daxil olmaqla - qaçqın və məcburi köçkün taleyi yaşadığı nəzərə çatdırılıb.

Qeyd edilib ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasının tələb edilməsinə baxmayaraq, Ermənistan 30 ilə yaxındır ki, buna əməl etmir, danışıqları məqsədyönlü şəkildə pozur, dövlətimiz isə sülhpərvər siyasət aparır, danışıqlarda konstruktiv mövqe nümayiş etdirir.

İcma rəhbərləri ermənilərin sentyabrın 27-də başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın münaqişə zonasına aid olmayan yaşayış məntəqələrinin – Gəncə, Mingəçevir, Naftalan, Xızı, Abşeron, Goranboy, Daşkəsən, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Yevlax, Füzuli və Beyləqan kimi şəhər və rayonların, eləcə də tarixi-dini abidələrin mütəmadi ağır artilleriya və raket atəşlərinə məruz qaldığına diqqət çəkiblər. Oktyabrın 11-də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə atılmış balistik raket zərbəsi nəticəsində dördü qadın olmaqla 10 nəfər mülki şəxsin həlak olduğunu, 30-dan çoxunun yaralandığını, onlarla mülki obyekt və yaşayış binasının dağıldığını qeyd ediblər.

İşğalçı Ermənistanın bu hərəkətlərini beynəlxalq hüquq normalarına və humanitar prinsiplərə, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarına əməl etməməsinin, regionda sülh və sabitliyə ciddi təhdid olaraq qalmasının bariz nümunəsi kimi qiymətləndiriblər.

Eyni zamanda işğal altında olan ərazilərdə digər dini məbədlərlə yanaşı, xristian abidələrinin də dağıdıldığı və ya erməniləşdirildiyi halda, Azərbaycanda 30 mindən çox erməni millətinin nümayəndəsinin sərbəst yaşadığını, paytaxt Bakının mərkəzində erməni kilsəsinin dövlət tərəfindən qorunduğunu diqqətə çatdırıblar.

Müraciətin sonunda icma rəhbərləri 1165 saylı qətnamə layihəsinin qəbul edilməyəcəyinə inam ifadə edərək, onunla bağlı rədd qərarının dünyada sülhün və ədalətin bərqərar olması işinə böyük töhfə verəcəyini vurğulayıblar.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri - Arxiyepiskop Aleksandr İşein;

Alban-Udi xristian dini icmasının sədri - Robert Mobili;

Bakı şəhəri "Azərbaycan Bibliya Cəmiyyəti" xristian dini icmasının sədri - Rasim Xəlilov;

"Yeni Həyat" xristian dini icmasının sədri - Lyudmila İbrahimova;

Xristian Yevangelik Lüteranların Bakı dini icmasının sədri - Vera Nesterova;

Bakı şəhəri "Alov" xristian dini icmasının sədri - İdris Məmmədov;

Bakı şəhəri "Şərqdə Ulduz" xristian dini icmasının sədri - Roman Jmurov;

Bakı şəhəri Nəsimi rayonu "Həyatverici Lütf" xristian dini icmasının sədri - Elşən Hüseynzadə.

Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin "Aqape" dini icmasının sədri - Samir Sadıqov;

"Vineyard Azərbaycan" xristian dini icmasının sədri - Emil Pənahov;

Bakı şəhəri Nərimanov rayonu "Yeddinci Günün Adventistləri" dini icmasının sədri - Elşən Cabbarov;

"Bakı şəhəri Yeni Apostol" xristian dini icmasının sədri - Svetlana Albertovna Stepanova;

"Həyat Sözü" xristian dini icmasının sədri - Yusif Fərhadov;

"Həyat Sözü - 2" Sumqayıt xristian dini icmasının sədri - Elçin Paşayev;

Sumqayıt şəhəri, "Molokan ruhani-xristian" dini icmasının sədri - Matryona Ponomaryova;

"Gəncə şəhəri Yeddinci Günün Adventistləri" xristian dini icmasının sədri - Yusif Şərifov;

Qobustan r-nu Hilmilli kəndi "Molokan ruhani-xristian" dini icmasının sədri - Tsapliva Yekaterina Nikolayevna;

Qax rayonu Qaxingiloy kəndi "Müqəddəs Giorgi" kilsəsi gürcü pravoslav xristian dini icmasının sədri - Kasiaşvili İaqo Qriqoryeviç;

Qax rayonu Əlibəyli kəndi "Müqəddəs Nino" kilsəsi gürcü pravoslav xristian dini icmasının sədri - Timuri Barixaşvili;

İsmayıllı rayonu İvanovka kəndi "Molokan-ruhani-xristian" dini icmasının sədri - Sergey Vasilyeviç Kazakov.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1145)

Əsas mövzular