05:39 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (596)
39140

Orta məktəbdə oxuduğu vaxt Ermənistan Füzuli rayonunu və generalın doğulduğu kəndi işğal edib. Bu hadisədən sonra Hikmət Həsənov hərbçi olmaq fikrini qətiləşdirib

BAKI, 5 oktyabr — Sputnik. Oktyabrın 3-ü Prezident İlham Əliyevin elan etdiyi Suqovuşan kəndi və yüksəkliyinin işğaldan azad edilməsinə görə Ali Baş Komandan tərəfindən təbrik edilən 1-ci Ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənovun şəxsiyyəti və bioqrafiyası geniş ictimaiyyət üçün yenidən maraq kəsb edib.

Sputnik Azərbaycan xəbər verir ki, Həsənov Hikmət Hüseyn oğlu 1975-ci il oktyabrın 9-da Füzuli rayonunun Pirəhmədli kəndində anadan olub.

Orta məktəbdə oxuduğu vaxt Ermənistan Füzuli rayonunu və generalın doğulduğu kəndi işğal edib. Bu hadisədən sonra Hikmət Həsənov hərbçi olmaq fikrini qətiləşdirib.

1992-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. Bir müddət sonra elə həmin ildə cəbhədə vəziyyətin pis olduğunu görüb və ərizə yazaraq təhsilini yarımçıq qoyub, doğma kəndi uğrunda döyüşlərə qatılıb. 1993-cü ildə Tərtərdə "N" saylı hərbi hissədə tağım komandiri kimi xidmətə başlayıb. 1994-cü ildə Türkiyədə altı ay kurs keçib, daha sonra xidmətini Ağdamda "N" saylı briqadada davam etdirib. Bölük komandiri, tabor komandiri vəzifəsinə kimi yüksəlib.

2002-ci ildə təhsilini davam etdirmək üçün Çin Xalq Azadlıq Ordusunun Nankin Quru Qoşunları Ali Hərbi Akademiyasına daxil olub, akademiyanı xüsusi fərqlənmə ilə bitirib, xüsusi döş nişanı ilə təltif olunub. 2003-cü ildə Vətənə qayıdaraq Qazaxda "N" saylı hərbi hissədə briqada komandirinin MTT üzrə müavini təyin edilib, bir neçə ay sonra Tovuzda "N" saylı briqadanın qərargah rəisi kimi xidmətinə davam edib. 2004-cü ildə Tovuz istiqamətində əsgəri Dilqəmlə erməni postunu ələ keçirdiyinə görə komandanlıq tərəfindən briqada komandiri vəzifəsinə yüksəldilib. Həmin döyüşdə əsgəri Dilqəm şəhid olduğu üçün hazırda da həmin post Şəhid Dilqəmin adını daşıyır.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (596)

Əlaqədar

General Hikmət Həsənov: "Hədəfimiz ərazi bütövlüyümüzün tam bərpa olunmasıdır"
O qürurlu an: əsgərimiz Azərbaycan bayrağını azad edilmiş Suqovuşana sancır - VİDEO
Xankəndi şəhəri ətrafında hücum həyata keçirilən bazalar sıradan çıxarılıb
Azərbaycan Ordusu xeyli qənimət götürüb
İşğaldan azad edilmiş Talış kəndindən VİDEO
Teqlər:
Dağlıq Qarabağ

Əsas mövzular