02:43 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0614
  • RUB0.0236
CƏMİYYƏT
Qısa URL
399

Millət vəkili Qarabağla əlaqədar Milli Məclisin xüsusi iclasının çağırılmasını təklif edib

BAKI, 1 may — Sputnik. Millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Qarabağla bağlı Milli Məclisin xüsusi iclasının çağırılmasını təklif edib.

Sputnik Azərbaycan xəbər verib ki, millət vəkilinin sözlərinə görə, təxribatçılar cəbhədə atəşkəsi iri miqyasda poza bilərlər: “Qərar qəbul edib torpaqlarımızın azad olunması üçün imkanlardan vaxtında istifadə etməliyik. Çünki Ermənistanda tezliklə vətəndaş müharibəsinin baş verməsi gözlənilir. Vəziyyəti diqqətlə izləməliyik”.

Parlamentin sədri Oqtay Əsədov isə bildirib ki, Azərbaycan ordusu istənilən təxribatın qarşısını almağa hazır vəziyyətdədir və narahatlığa əsas yoxdur.

Əlaqədar

Ramiz Mehdiyev Qarabağ barədə: “Diplomatik yol baş tutmasa...” - VİDEO
"Qarabağ" Azərbaycan çempionu oldu
Həsən Ruhanidən Qarabağ münaqişəsinin həlli variantı
Qırıcı təyyarələrə və hərbi gəmilərə sahib olan Qarabağ veteranı

Əsas mövzular