QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Vətən müharibəsi zamanı nəqliyyat vasitələrinə dəymiş ziyan ödənilib

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidBərdədə vəziyyət
Bərdədə vəziyyət - Sputnik Azərbaycan, 1920, 11.08.2021
Abunə olmaq
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən zərərçəkmiş şəxslərə aid bank hesabları açılaraq, vəsaitin həmin hesablara köçürülməsi təmin edilib.
BAKI, 10 avqust — Sputnik. Ermənistan silahlı qüvvələri 44 günlük Vətən müharibəsi dövründə döyüş bölgəsindən kənarda yerləşən dinc şəhər və kəndlərimizi vəhşicəsinə bombardman edib. Bunun nəticəsində mülki əhali arasında tələfat olub, vətəndaşların əmlakına ciddi ziyan dəyib. Zərərin qiymətləndirilməsi və aradan qaldırılması üçün müvafiq rayonlarda Prezident İlham Əliyevin 6 noyabr 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının işçi qrupları tərəfindən araşdırmalar aparılıb və dəymiş ziyanın həcmi qiymətləndirilib. Məlum olub ki, müharibə dövründə vətəndaşlara məxsus 253 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Zərər dəymiş əmlak siyahısında olan nəqliyyat vasitələrinə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yerində baxış keçirilib, müvafiq akt və sənədlər tərtib edilib. Müstəqil qiymətləndirici tərəfindən zərərin müəyyən edilməsi təşkil edilərək, nəqliyyat vasitəsinə onun sahibinin iştirakı ilə qiymətləndirmə aparılıb. Müəyyən olunub ki, Vətən müharibəsi dövründə 253 nəqliyyat vasitəsinə dəyən ziyanın ümumi məbləği  410 910 manat təşkil edir. Həmin ziyanın dövlət tərəfindən ödənilməsi artıq başa çatıb.
1/3
2/3
3/3
1/3
2/3
3/3
Zərərçəkmiş Bərdə rayon sakini Əli Qasımov deyib ki, ermənilərin Bərdəni atəşə tutması nəticəsində onun idarə etdiyi nəqliyyat vasitəsi sıradan çıxıb.
“Güclü partlayış baş verdi, xoşbəxtlikdən mən maşında deyildim. Partlayış nəticəsində maşınım tamamilə yararsız hala düşdü. Sağ olsun dövlətimiz, məsələni diqqətdə saxladı və mənə dəymiş ziyanı ödədi. Çox razıyam. Allah dövlət başçımızdan razı olsun”, - deyə zərərçəkmiş bildirib.
© Sputnik / Emin AlisahibZərərçəkmiş Əli Qasımov
Zərərçəkmiş Əli Qasımov - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Zərərçəkmiş Əli Qasımov
Daha bir zərərçəkən şəxsin, Bərdə rayon sakini Nurlan Süleymanovun isə rayonun raket atəşinə tutulması zamanı nəinki nəqliyyat vasitəsi sıradan çıxıb, onun sağlamlığına da ciddi ziyan dəyib.
“28 oktyabr 2020-ci il tarixində Azərbaycanın zəfər ordusunun qarşısında tab gətirə bilməyən ermənilər Bərdə rayonuna atəş açdılar. Həmin vaxtı mən özüm də orda idim. Hadisənin şahidi oldum. Özüm də yaralandım. Mənimlə gələn 2 nəfər həlak oldu. Allah prezidentimizin canını sağ eləsin ki, belə bir vaxtda heç bir ölkədə olmayan bir layihəni həyat keçirir. Başqa ölkələrdə  vətəndaşın sağlığı baxımından ona yardım göstərilə bilər. Amma vətəndaşın əmlakına dəymiş ziyanın ödənilməsi məsələsi heç bir ölkədə yoxdur. Buna görə mən prezidentimizə öz təşəkkürümü bildirirəm. Hansı ki, dövlət başçımızın göstərişi əsasında mənim nəqliyyat vasitəmə dəyən ziyan aradan qaldırıldı. Mənim maşınım QAZ-31-dir. Həmin vaxt maşınıma qəlpə dəymişdi. Nəqliyyat vasitəm tam yararsız vəziyyətə düşmüşdü. Maşının təmiri üçün maddi vəsait ayrıldı. Hazırda maşınım təmir olunub. Çox razıyam dövlətimdən, dövlət başçımdan...”, - deyə Nurlan Süleymanov bildirib.
© Sputnik / Emin AlisahibZərərçəkmiş Nurlan Süleymanov
Zərərçəkmiş Nurlan Süleymanov - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Zərərçəkmiş Nurlan Süleymanov
Tərtər rayonunda da vətəndaşların nəqliyyat vasitələrinə dəyən ziyanın ödənilməsi prosesi yekunlaşıb. Rayon sakini, zərərçəkmiş Saməddin Qurbanov  deyir ki, Tərtərə ermənilər tərəfindən atılan mərmilər zamanı onun maşını və evi sıradan çıxıb. “Tərtərə atılan mərmilərdən biri də müharibə vaxtı bizim küçəyə düşüb. Maşınıma və evimə zərər dəydi. Hal-hazırda maşınıma dəyən zərər ödənilib. Evdə də bərpa işləri davam edir. Çox-çox təşəkkür edirik cənab prezidentimizə, ali baş komandanımıza. Arzum budur ki, dəmir yumruq həmişə yerində olsun.
© Sputnik / Emin AlisahibZərərçəkmiş Musaməddin Qurbanov
Zərərçəkmiş Musaməddin Qurbanov - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Zərərçəkmiş Musaməddin Qurbanov
Tərtər rayon sakini, zərərçəkmiş Ramiz Zeynalov isə bildirib ki, o da ermənilərin Tərtəri atəşə tutması nəticəsində həm yaralanıb, həm də nəqliyyat vasitəsi sıradan çıxıb.
“44 günlük Vətən müharibəsi zamanı, 14 oktyabr 2020-ci ildə mən kəndə şəxsi evimizə gələrkən ermənilərin ağır artilleriyadana açdığı atəş nəticəsində, yaxınlığımıza top mərmisi düşdü və mən də yaralandım. Yaralanmağımla bağlı müalicəm dövlət tərəfindən ödənildi. Şəxsi avtomobilimə də dəyən ziyanın pulu hazırda ödənilib, almışam. Buna görə dövlətimizin başçısına minnətdaram. Ona təşəkkür edirəm ki, müharibədən sonrakı dövrdə işğaldan azad olunan torpaqlarımızda gedən bu qədər quruculuq və abadlıq işlərinin arasında bir də bizi yaddan çıxarmadı. Sağ olsun, dövlət başçımız”, - deyə Tərtər sakini vurğulayıb.
© Sputnik / Emin AlisahibZərərçəkmiş Ramiz Zeynalov
Zərərçəkmiş Ramiz  Zeynalov - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Zərərçəkmiş Ramiz Zeynalov
Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci il 6 iyul tarixli Sərəncamı ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə və dövlətə məxsus nəqliyyat vasitələrinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədilə İqtisadiyyat Nazirliyinə vəsait ayrılıb. Hər bir nəqliyyat vasitəsi üzrə hesablanmış vəsaitin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən zərərçəkmiş şəxslərə aid bank hesabları açılaraq, vəsaitin həmin hesablara köçürülməsi təmin edilib.
Həmçinin oxuyun:
Dövlət başçısı əmək pensiyaları ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Xəbər lenti
0