QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rusiya MN: Qarabağda sülhməramlılara qarşı təxribat olmayıb

Abunə olmaq
Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin heyəti müntəzəm olaraq döyüş hazırlığı fəaliyyətləri, pozuntuların və müşahidə məntəqələrinə mümkün hücumların qarşısını almaq üçün təlimlər keçirir.

BAKI, 15 may - Sputnik. Rusiyanın sülhməramlı kontingenti Azərbaycan və Ermənistan tərəflərinin demarkasiya xəttində atəşkəs rejiminə riayət olunmasını və nəqliyyatın təhlükəsizliyini, Laçın dəhlizi boyunca ərzaq və müxtəlif malların daşınmasını təmin etməyə davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytı məlumat yayıb.

"Keçən həftə ərzində sülhməramlı kontingentin məsuliyyət dairəsində olan ərazilərdə atəşkəsin pozulması qeydə alınmayıb, Rusiya hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər edilməyib", - deyə Rusiya Müdafiə Nazirliyi bildirib.

Məlumatda həmçinin qeyd olunur ki, Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin heyəti müntəzəm olaraq döyüş hazırlığı fəaliyyətləri, pozuntuların və müşahidə məntəqələrinə mümkün hücumların qarşısını almaq üçün təlimlər keçirir.

Rusiya və Azərbaycan prezidentləri ilə Ermənistanın baş naziri arasında imzalanmış birgə bəyanata əsasən 10 noyabr 2020-ci il tarixindən etibarən Qarabağda tam atəşkəs rejimi və hərbi əməliyyatların dayandırıldığı elan edilib. Atəşkəs rejiminə və hərbi əməliyyatların dayandırılmasına nəzarətin həyata keçirilməsi üçün bölgəyə Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. 

Rusiya sülhməramlı kontingentini Mərkəzi hərbi dairənin motoatıcı briqadasının 15 bölməsi təşkil edir. 

Xəbər lenti
0