14:26 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0531
QARABAĞ
Qısa URL
3010

Zəngilan rayonunun Babaylı kəndi 2020-ci il oktyabrın 21-də Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad olunub.

BAKI, 16 fevral — Sputnik. Müdafiə Nazirliyi Zəngilan rayonunun Babaylı kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

Babaylı kəndi 1917-ci ildə Baba Yaqublu şəklində qeydə alınıb. Sonralar oykonimin ikinci komponenti ixtisara uğrayıb. Toponimikada belə bir məlumat da var ki, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Babaylı kəndindən köçüb gələnlər saldığına görə belə adlanıb.

Azərbaycan Respublikasının Əməkdar jurnalisti, teletənqidçi, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, mərhum jurnalist Zabil Müqabiloğlu Babaylıda anadan olublar.

Əsas mövzular