QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Moskvada Qarabağ üzrə yeni bəyannamə imzalandı

© REUTERS / STRINGERРоссийские миротворцы и военнослужащие азербайджанской армии рядом с Шушуой
Российские миротворцы и военнослужащие азербайджанской армии рядом с Шушуой - Sputnik Azərbaycan
Abunə olmaq
Putin qeyd edib ki, ölkə liderləri ilə Qarabağ üzrə razılaşmanın şərtlərinə əməl olunduğu barədə ümimi nəticəyə gəliblər, ciddi insidentlər yoxdur

BAKI, 11 yanvar - Sputnik. Bu gün Kremldə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdə Qarabağın inkişafına dair birgə bəyannamə imzalanıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Putin Əliyev və Paşinyanla danışıqları vacib və faydalı adlandırıb. O həmçinin qeyd edib ki, ölkə liderləri ilə Qarabağ üzrə razılaşmanın şərtlərinə əməl olunduğu barədə ümimi nəticəyə gəliblər, ciddi insidentlər yoxdur.

Putin əlavə edib ki, Rusiya sülhməramlıları Qarabağda öz üzərinə düşən vəzifəni yerinə yetirirlər.

Nikol Paşinyan isə Qarabağda münaqişənin hələ də həll olunmadığını bildirib.

Xəbər lenti
0