14:13 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
QARABAĞ
Qısa URL
16 0 0

23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində rayonun yaşayış məskənləri ilə yanaşı, tarixi-dini abidələri də məhv olunub.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 5 yanvar - Sputnik. Ötən il oktyabrın 4-də azad olunmuş Cəbrayıl rayonunda ölkə və yerli əhəmiyyətli tarixi memarliq abidələri, böyük ehtiyata malik yeralti sərvətlər, əhalinin uzun illər faydalandığı yerli tikinti materiallari, özünün qeyri-adi flora və faunasi ilə seçilən Diri dağın özünəməxsus ekosisteminin işğaladək qoruyub saxladığı əsrarəngiz təbiət guşələri, erməni işğalçıları tərəfindən dağıdılıb və məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə tarixçi alim Kamran İsmayılov danışıb.

O, qeyd edib ki, rayon ərazisində yerləşən tarixi memarlıq abidələri - Ağoğlan nekropolu (ilk orta əsrlər), Məscidtəpə kurqanı (Tunc dövrü) – Qalacıq kəndi, Canqulu kurqanı (Tunc dövrü) – Mahmudlu kəndi, Quştəpə kurqanı (Tunc dövrü) – Mahmudlu kəndi, Karxulu kurqanları və yaşayış yeri (Tunc dövrü), Naftalı kurqanları (Son Tunc və İlk Dəmir dövrü), İmanqazantəpə kurqanı (son tünc dövrü) – Şıxlar kəndi, Qışlaq kurqanları və yaşayış yeri (Son Tunc və İlk Dəmir dövrü), Hovuslu kurqanları (Son Tunc və İlk Dəmir dövrü), Cinlitəpə yaşayış yeri – Horovlu kəndi, Siklop tikililəri (b.e.ə. III minillik) – Tatar kəndi, "Qışlaq yerləri" (b.e.ə. II minillik) – Şıxlar kəndi və s. bu bölgənin qədim insanların yaşayış məskənlərindən biri olduğunu təsdiq edir.

Cəbrayil səhərinin simalında Alpapa dağında yerləşən VIII-IX əsrə aid "Cəbrayil ata" türbəsi keçmiş Cəbrayil kəndinin təməlini qoymuş Cəbrayil atanin qəbri üzərində tikilmişdir. Işğala qədər tikildiyi formada qalsa da, işğaldan sonra isə dağıdılıb.

Müşahidə və müdafiə məqsədilə Araz çayının sol sahilində Diridağın üzərində XII-XIII əsrlərdə "Qiz qalası" və IV-VI əsrə aid edilən Şirik qalası mənfur erməni siyasətinin qurbanı olub. Hazırda hər iki qala tamamilə dağıdılıb. Araz çayı üzərində biri 11, digəri 15 aşırımlı Xudafərin körpüləri Azərbaycan memarlığının əvəzedilməz incilərindəndir. Birinci körpünün uzunluğu 130, eni 6 hündürlüyü 12 m-dir. Ikinci körpünün uzunluğu 200, eni 4,5, hündürlüyü 10 m-dir. Körpülər bir-birindən 800 m aralıdır. Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüləri Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikiliblər. Onlar, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyırdılar. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu - IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərib. Kərpic körpü isə XII əsrdə tikilib.

"Cəbrayil rayonunun dağ zonasında yerləsən XIIII-XIV əsrlərə aid edilən günbəz müharibədən qabaq gülbaz bərpa edilmişdi. Işğalçılar tərəfindin günbəzin divarlari bir neçə yerdən dağıdılıb. Cəbrayıl rayonunun Şıxlar kəndinin yaxınlığında eyni üslubda XIV əsrdə tikilmiş türbə ermənilər tərəfindən sonradan dağıdılıb. Cəbrayıl şəhərinin şimalında memarliq üslubuna görə orta əsrlər tarixində özünəməxsus yer tutan XV əsrə aid "Dairəvi türbə", XVI əsrə aid səkkizguşəli türbə xüsusi briqada tərəfindən müharibədən əvvəl tam bərpa olunub"-deyə K. İsmayılov qeyd edib.

Bu abidələr də işğalçılar tərəfindən yerlə-yeksan edilib. XVI əsrə aid olan Məhəmməd ibn-Haci Qaraman Əhmədli tərəfindən 1678-ci ildə tikilmiş əzəmətli bir məscid-mədrəsə (bu mədrəsədə böyük alimlar, din xadimləri, XVIII əsr Azərbaycan şairi Molla Vəli Vidadi dərs demişdilər) özünəməxsus kompleks təşkil edirdi. Müharibədən əvvəl tam bərpa olunmuş və dövlət tərəfindən xüsusi mühafizəyə alınmışdı. İşğaldan sonra bu kompleks də dağıdılıb, bərbad vəziyyətə salınıb.

Rayonun Dagtumas kəndi yaxınlığında, dəniz səviyyəsindən 870 m. hündürlükdə yerləşən, uzunluğu 30 m. olan "Divlər sarayı" adlanan mağara dövlət tərəfindən uzun illər mühafizə olunub.

Rayon ərazisində 2 məqbərə, 8 məscid, 3 türbə, 2 xanəgah, 35 pir və ocaq, 8 kurqan, 2 körpü, 4 kəhriz, 5 qala və qala bürcü, 2 mağara, 5 qəbiristanlıq və s (cəmi 95) tarixi dini abidə dövlət tərəfindən qeydə alınıb və mühafizə olunurdu.

23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində rayonun yaşayış məskənləri ilə yanaşı, tarixi-dini abidələri də məhv olunub.

Əsas mövzular