15:43 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
QARABAĞ
Qısa URL
28 0 0

 Unan Tadevosyan: "Ölən iki nəfərin meyiti Cəbrayıldan, daha bir nəfərinki isə Xocavənddən götürülüb. Ümumilikdə 1138 nəfərin qalıqları tapılıb".

BAKI, 1 yanvar - Sputnik. Ötən gün Qarabağda daha 3 erməni hərbçisinin qalıqları tapılıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumatı qondarma "Dağlıq Qarabağ Respublikası"nın fövqəladə hallar üzrə dövlət xidmətinin nümayəndəsi Unan Tadevosyan verib.

“Ölən iki nəfərin meyiti Cəbrayıldan, daha bir nəfərinki isə Xocavənddən götürülüb. Ümumilikdə 1138 nəfərin qalıqları tapılıb”, - U.Tadevosyan bildirib.

O qeyd edib ki, Qubadlı və Hadrut istiqamətində axtarışların aparılması üçün hələlik icazə alınmayıb:

“Hadrutda axtarış işlərinin bərpa edilməsi üçün danışıqlar gedir. Hazırda axtarış işləri Füzuli və Xocavənd istiqamətində davam edir”.

Əsas mövzular