17:16 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
QARABAĞ
Qısa URL
137 0 0

Xatırladaq ki, oktyabrın 20-də Zəngilan şəhəri, 21-də isə Üçüncü Ağalı kəndi erməni işğalçılarından təmizlənib

BAKI, 30 dekabr - Sputnik. Zəngilan rayonunun Üçüncü Ağalı kəndindən videogörüntülər yayılıb.

Sputnik Azərbaycan bildirir ki, görüntüləri Azərbaycan Müdafiə Nazirliyi yayıb. 

Xatırladaq ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüblər.

Azərbaycan Ordusu əks-hücum əməliyyatı başlayandan sonra 44 gün ərzində Qarabağımız düşmən tapdağından azad olunub. Oktyabrın 20-də Zəngilan şəhəri, 21-də isə Üçüncü Ağalı kəndi erməni işğalçılarından təmizlənib.

Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, video, Azərbaycan, Qarabağ, kənd, Zəngilan

Əsas mövzular