20:37 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
QARABAĞ
Qısa URL
65 0 0

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, erməni tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində atəşkəs rejiminin pozulması ilə müşayiət olunan təxribat əməlləri törədib.

BAKI, 12 dekabr - Sputnik. Azərbaycanın işğaldan azad olunmuş Hadrut bölgəsində avtomat silahlardan istifadə olunmaqla insidentdən sonra tərəflərdən atəşkəs rejiminə tam riayət etmələri tələb olunub. RİA Novosti xəbər verir ki, bu barədə  jurnalistlərə Rusiya sülhməramlı qüvvələrinin qərargahının nümayəndəsi məlumat verib.

"Hadrut rayonunda avtomatik silahlardan atəş qeydə alınıb. Birbaşa rabitə kanalları vasitəsi ilə operativ şəkildə tərəflərə atəşkəs rejiminə tam riayət etmək tələbi çatdırıldı", - deyə o bildirib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, erməni tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində atəşkəs rejiminin pozulması ilə müşayiət olunan təxribat əməlləri törədib və Azərbaycan Silahlı Qüvvələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Hal-hazırda atəşkəs rejiminə riayət olunur.

Əsas mövzular