QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

PKK-nın qadın lideri Ermənistan tərəfdən döyüşdüklərini etiraf edib

© AFP 2023 / ILYAS AKENGINБоевики РПК, фото из архива
Боевики РПК, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
PKK/KCK terror birliyinin qadın təşkilatının başçılarından biri terrorçuların Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşlərdə iştirakını təsdiqləyib.

BAKI, 28 noyabr - Sputnik. PKK terrorçularının Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşmələri barədə daha bir fakt ortaya çıxıb.

Anadolu Agentliyinin təhlükəsizlik qurumlarına istinadla yaydığı məlumatda bildirilir ki, PKK/KCK terror birliyinin qadın təşkilatının başçılarından biri olan Layika Gültəkin bu barədə təmsil olunduğu cinayətkar dəstənin informasiya mənbələrinə açıqlamasında bildirib. Terrorçu qadın deyib:

“Qarabağa qədər gedib erməni əsgərlərlə birlikdə döyüşürük. Ermənistan xalqının istədiyi hər zaman yanlarında oluruq”.

Beləliklə, PKK terrorçularının Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşmələri bir daha təsdiqini tapıb. Əslində Ermənistan tərəfinin İraqın şimalındakı PKK terrorçularından yardım istəməsi ilə bağlı dəfələrlə informasiyalar yayılıb. Hazırda Türkiyənin apardığı sistemli antiterror əməliyyatları nəticəsində çox sayda canlı qüvvə itirməsinə baxmayaraq, PKK Ermənistanın yardım istəyinə cavab verib.

Qeyd edək ki, Ermənistan tərəfi otuz ilə yaxın zaman kəsiyində işğal altında saxladığı Azərbaycan torpaqlarında bir çox qanunsuz fəaliyyət həyata keçirib. Onlardan biri də həmin ərazilərə nəzarət etdiyi dövrdə işğal altındakı torpaqlarda terror düşərgələrinin və təlim mərkəzlərinin qurulması olub.

Xəbər lenti
0