08:01 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
25 0 0

Rusiya XİN başçısı: Biz beynəlxalq təşkilatların, BMT sistemlərinin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Dağlıq Qarabağdakı humanitar problemlərin həllində, Rusiya sülhməramlı missiyası və humanitar mərkəzlə birgə işləməsində maraqlıyıq.

BAKI, 21 noyabr - Sputnik. Rusiya beynəlxalq təşkilatların Dağlıq Qarabağdakı humanitar problemlərin həllinə fəal cəlb olunmasında maraqlıdır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya nümayəndə heyətinin Azərbaycana səfərinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib. 

"Biz beynəlxalq təşkilatların, BMT sistemlərinin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Dağlıq Qarabağdakı humanitar problemlərin həll olunmasında Rusiya sülhməramlı missiyası və humanitar mərkəzlə birgə işləməsində maraqlıyıq. Bundan sonra bu istiqamətdə birgə fəaliyyətimizi davam etdirəcəyik", - deyə Rusiya XİN başçısı bildirib.

Teqlər:
Rusiya, Qarabağ, Rusiya xarici işlər naziri Sergey Lavrov, xarici işlər naziri Sergey Lavrov, Sergey Lavrov, Lavrov, Rusiya XİN rəhbəri Sergey Lavrov, Rusiya XİN

Əsas mövzular