13:22 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
32701

Ehtiyac olacağı təqdirdə Ermənistan, Rusiya və Azərbaycan müdafiə nazirlikləri arasında humanitar sahədə üçtərəfli formatda sazişin imzalanmasına dair razılıq əldə olunub.

BAKI, 18 noyabr — Sputnik. Ermənistan və Rusiya müdafiə nazirləri David Tonoyan və Sergey Şoyqu Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər. Bu barədə Sputnik Ermənistan Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Danışıqlar zamanı Dağlıq Qarabağda humanitar vəziyyətə xüsusi diqqət yetirilib.

Ermənistan müdafiə naziri Dağlıq Qarabağla bağlı Qurumlararası Humanitar Mərkəzin yaradılmasını dəstəkləyib. Qeyd edək ki, bu mərkəz qaçqınların qaytarılması, mülki infrastrukturun bərpası, ölən şəxslərin cəsədlərinin, girov və itkin düşmüş şəxslərin axtarışı ilə, həmçinin humanitar sahədə müxtəlif təşkilatların fəaliyyətinin koordinasiyası ilə məşğul olacaq.

"Ehtiyac olacağı təqdirdə Ermənistan, Rusiya və Azərbaycan müdafiə nazirlikləri arasında humanitar sahədə üçtərəfli formatda sazişin imzalanmasına dair razılıq əldə olunub", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Liderlər Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də ( sonradan bu müddət noyabrın 25-dək artırılıb) Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Teqlər:
Qarabağ, Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Sergey Şoyqu, müdafiə naziri David Tonoyan

Əsas mövzular