08:19 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
43 0 0

Hikmət Hacıyev: Ermənistanın tərəfinin xahişi ilə Kəlbəcərlə bağlı əlavə 10 gün vaxt verilib. Ağdam və Laçından Ermənistan silahlı qüvvələrinin çıxarılması barədə razılaşma isə qüvvədə qalır.

BAKI, 15 noyabr - Sputnik. Ermənilərə Kəlbəcərlə bağlı əlavə 10 gün vaxt verilsə də, Ağdam və Laçından Ermənistan silahlı qüvvələrinin çıxarılması barədə razılaşma qüvvədə qalır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən, 15 noyabra qədər Kəlbəcər, 20 noyabra qədər Ağdam, 1 dekabra qədər Laçın boşaldılmalı idi.

Sadəcə, Ermənistanın tərəfinin xahişi ilə Kəlbəcərlə bağlı əlavə 10 gün vaxt verilib. Ağdam və Laçından Ermənistan silahlı qüvvələrinin çıxarılması barədə razılaşma isə qüvvədə qalır.

Əsas mövzular