10:36 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1127)
18520

"Həmin torpaqlar işğaldan azad edildiyindən həmin qondarma məhkəmənin qərarı qüvvədən düşüb" - Əliməmməd Nuriyev

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 noyabr — Sputnik. "Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana təhvil veriləcəklər". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında "Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib.

O deyib ki, imzalanmış bəyanatda yer alan bir bəndə əsasən, Dilqəmin və Şahbazın geri qaytarılması tələb olunmalıdır: "Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qondarma məhkəmə Azərbaycan ərazisində qurulub. Bu insanlar öz doğma torpaqlarında girov götürülüblər. Həmin torpaqlar işğaldan azad edildiyindən həmin qondarma məhkəmənin qərarı qüvvədən düşüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Bəyanatının tam mətni açıqlanıb. Burada bir bənd var - hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin dəyişdirilməsi həyata keçiriləcək. Digər şəxslər qeydi bizə imkan verir ki, biz Dilqəmlə Şahbazın girovluqdan azad edilməsini tələb edək".

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1127)
Teqlər:
qondarma, məhkəmə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Qarabağ, Azərbaycan, Ermənistan, girov, Şahbaz Quliyev, Dilqəm Əsgərov

Əsas mövzular