06:46 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
414 0 0

Türkiyə və Rusiya liderlərinin telefon danışığından sonra dərhal hər iki ölkənin xarici işlər nazirləri arasında da telefon danışığı baş tutub.

BAKI, 9 noyabr — Sputnik. Türkiyə və Rusiya prezidentlərinin son telefon danışığı zamanı Qarabağa dair müzakirələrinin detalları açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, "CNN Türk" öz mənbəsinə istinadən danışığın bəzi detallarını yayımlayıb.

Qeyd olunur ki, telefon danışığı zamanı Ərdoğan Qarabağ probleminin həlli ilə bağlı Putinə işçi qrupun yaradılmasını təklif edib.

Telekanal iddia edir ki, Putin bu təklifi müsbət qarşılayıb və yaxın günlərdə Qarabağ üzrə danışıqlar ikitərəfli formata keçə bilər. Bu format ATƏT-in Minsk qrupundan kənar fəaliyyət göstərəcək.

Mənbə Şuşa zəfərindən sonra Azərbaycanın irəliləməni dayandıracağını və müzakirə masasını yoxlayacağını bildirib. Qeyd olunur ki, Ermənistan tərəfinin 7 rayondan çıxacağı Rusiya tərəfindən dilə gətirilib.

Nəşr qeyd edir ki, Türkiyə və Rusiya liderlərinin telefon danışığından sonra dərhal hər iki ölkənin xarici işlər nazirləri arasında da telefon danışığı baş tutub.

"CNN Türk"ə danışan Azərbaycandan olan mənbələr isə artıq köhnə təkliflərin əvəzinə masada yeni təkliflərin olmalı olduğunu vurğulayıb. Onlar iki məsələni xüsusi ilə vurğulayıb. Birincisi, Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı. İkincisi isə masada danışılacaq tək şey öncədən orada yaşayan ermənilərin hansı statusla qalmasıdır.

Mənbələr "ermənilər orada Azərbaycan vətəndaşları kimi yaşayacaqlar, bir mədəni muxtariyyət kimi də ola bilər", - deyə qeyd ediblər.

Teqlər:
Ermənistan, Qarabağ, Rusiya prezidenti Vladimir Putin, Vladimir Putin, prezident Rəcəb Tayyib Ərdoğan, Rəcəb Tayyib Ərdoğan, Ərdoğan

Əsas mövzular