00:03 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
57520

"Böyük oğlum Şuşanın işğaldan azad olunmasında iştirak edib. Bilirsiniz bunu yaşamaq necə fərəhdir?!"

Leyla Abdullayeva, Sputnik  Azərbaycan

BAKI, 8 noyabr - Sputnik. Bu gün millətimizin tarix yazdğı – Şuşanın işğaldan azad olunduğu gündür. Hər kəs çox sevinir, qürur hissi keçirir, sevinc göz yaşlarını saxlaya bilmir. Onlar arasında hərbiçi ailələri də var. Əlbəttə, Şuşanın işğaldan azad edilib doğmalarına qovuşmasında bu ailələrin övladlarının müstəsna rolu var.

Beyləqan rayonunun Əlinəzərli kənd sakini Aşurəli Allahyarovun iki övladı ön cəbhədədir. Onun da sevincinin həddi-hüdudu yoxdur. Allahyarov öz sevincini Sputnik Azərbaycan-la bölüşüb:

© Sputnik / Leyla Abdullayeva
Allahyarovlar ailəsi

“Bu xəbəri eşidəndən sevincdən göz yaşlarımızı saxlaya bilmirik. Biz tarixi günlər yaşayırıq. Mən həm də ona görə fəxr edirəm ki, iki oğlum Vətən müharibəsində iştirak edir. Oğlumun biri müharibənin ilk günlərində gedən döyüşlərdə yaralandı. Tam sağalmadan, ayağa duran kimi cəbhəyə yollandı. Dedi ki, ata mən burada qala bilmərəm, döyüş dostlarım, ruhum cəbhədədir. Böyük ruh yüksəkliyi ilə cəbhəyə qayıtdı. Böyük oğlum Şuşanın işğaldan azad olunmasında iştirak edib. Bilirsiniz bunu yaşamaq necə fərəhdir?! Oğullarımız tarix yazır və biz bununla fəxr edirik. Mən buradan Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürümü bildirirəm ki, bizim oğullarımız üçün belə bir şans yaratdı. Biz hərbçi valideynləri kimi hər zaman onun arxasındayıq”.

Hərbçimizin anası Məryəm Əzimova isə övladlarının tarix yazmasından böyük fərəh hissi ilə danışır:

“Mən buradan bütün şəhid və hərbçi analarına səslənib demək istəyirəm ki, bizim oğullarımız tarix yazır. Onlara görə biz hər zaman başı uca gəzəcəyik. Qoy həmişə gözlərimiz sevincdən yaşarsın. Arzu edirəm ki, torpaqlarımız işğaldan tam azad edildikdən sonra övladlarımız sağ-salamat öz ev-eşiklərinə qayıtsınlar”.  

Əsas mövzular