05:43 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1159)
4401

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

BAKI, 8 noyabr - Sputnik. Xəbər verildiyi kimi, bu gün düşmən tərəfinin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, saat 20 radələrində Ağdam rayonu, Orta Qərvənd kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Bədəlov Muxtar Əli oğlu xəsarət alıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1159)

Əsas mövzular