23:34 23 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (1117)
83030

Ərdoğan həmçinin Putinlə söhbətində Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli olduğunu vurğulayıb.

BAKI, 7 noyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, söhbətdə Dağlıq Qarabağ başda olmaqla bölgədəki vəziyyət, Türkiyə-Rusiya münasibətləri müzakirə olunub.

Ərdoğan həmçinin Putinlə söhbətində Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli olduğunu, Azərbaycanın isə əks-hücum əməliyyatını öz torpaqlarında apardığını vurğulayıb. Türkiyə Prezidenti Ermənistan rəhbərliyinin ağlını başına toplayaraq danışıqlar masasına oturmasının, münaqişəyə birdəfəlik qərarla son qoyularaq bölgədə sabitliyin təmin edilməsinin vacibliyini önə çəkib.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1117)
Teqlər:
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan, Rusiya, Türkiyə, telefon danışığı, Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan

Əsas mövzular