BAKI, 6 noyabr — Sputnik. Noyabrın 5-də düşməndən azad edilmiş Füzuli şəhərində inzibati binanın yaxınlığında açıq sahədə məişət tullantıları yanıb.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (DHN) saytına istinadla xəbər verir ki, yanğın əraziyə dərhal cəlb olunmuş Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən qısa müddətdə söndürülərək alovun inzibati binaya keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində 50 kv.m sahədə məişət tullantıları yanıb.
Qeyd edək ki, bu, FHN qüvvələrinin işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirdiyi ilk yanğınsöndürmə əməliyyatıdır.