21:14 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
18 0 0

İranın Azərbaycandakı səfirliyi həlak olanların ailələrinin dərdinə şərik çıxır və yaralılara şəfa diləyir.

BAKI, 28 oktyabr — Sputnik. İran İslam Respublikasının Azərbaycandakı Səfirliyi Ermənistanın Azərbaycanın Bərdə şəhərinə edilən raket hücumunu, nəticədə bir neçə mülki vətəndaşın həlak olması və yaralanmasını sərt şəkildə pisləyir.

Bu barədə Sputnik Azərbaycan-a İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mətbuat şöbəsindən daxil olan məlumatda bildirilir.

İran səfirliyi həlak olanların ailələrinin dərdinə şərik çıxır və yaralılara şəfa diləyir.

İran səfirliyi bildirir ki, beynəlxalq hüquq normalarına əsasən, şəhərlərə və günahsız insanlara hücum etmək hərbi cinayətdir və dərhal dayandırılmalıdır.

Qeyd edək ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bundan başqa, təcavüzkar Erməni silahlı qüvvələri tərəfindən 2020-ci il oktyabrın 27-də saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin ağır artilleriyadan atəşə tutulması nəticəsində xəsarət almış daha bir dinc sakin müalicə olunduğu xəstəxanada aldığı xəsarətlər səbəbindən vəfat edib, bununla da 2020-ci il oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayətlər nəticəsində həlak olanların sayı 5-ə çatıb.

Əlaqədar

Goranboy, Tərtər və Bərdə rayonları raket atəşinə tutulur
Bərdədə 19 nəfər həlak olub, 60-a yaxın şəxs yaralanıb - Baş Prokurorluq
Bərdə şəhəri raket atəşinə tutulur, ölənlər var
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Həkim Bərdə xəstəxanasındakı yaralıların vəziyyəti barədə məlumat verib – video
Teqlər:
Bərdə rayonu, Bərdə, İran İslam Respublikası, İran

Əsas mövzular