22:43 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
35 0 0

Aparılan əməliyyatlar nəticəsində böyük itkilər verən Ermənistan silahlı qüvvələrinə məxsus mövqelər döyüşə girməkdən imtina edir.

BAKI, 20 oktyabr - Sputnik. Aparılan əməliyyatlar nəticəsində böyük itkilər verən düşmən mövqeləri döyüşə girməkdən imtina edir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib. 

O qeyd edib ki, Füzuli, Xocavənd, Cəbrayıl və Zəngilanın kəndləri, o cümlədən Zəngilan şəhəri işğaldan azad edilib. Ermənistan Müdafiə Nazirliyinin guya döyüşlərin Xudafərin istiqamətində getməsi barədə yaydığı məlumat cəfəngiyyatdır. Ermənistan Ordusu Xudafərin istiqamətində əməliyyat keçirmək iqtidarında deyil".

Müdafiə Nazirliyinin mətbuat katibi əlavə edib ki, Azərbaycan Ordusunun məqsədi legitim hədəfləri dəqiq atəşlərlə məhv etməkdir.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Twitter hesabında Azərbaycanın guya cənub istiqamətində ağır itkilər verərək, Xudafərin Su Anbarına doğru geri çəkildiyini yazıb. Azərbaycan Müdafiə Nazirliyi isə Ermənistan SQ-nin belə bir imkana malik olmadığını bildirib. 

Əsas mövzular