QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

“Əsgərə Məktub Online” layihəsi fəaliyyət göstərir - VİDEO

© AR Ministry of DefenceƏsgərə məktub yazan ana
Əsgərə məktub yazan ana - Sputnik Azərbaycan
Abunə olmaq
Ordumuza dəstək olan vətəndaşlarımızın döyüşlərdə iştirak edən şəxsi heyətə ünvanladıqları məktublar hərbi qulluqçularımızda xoş təəssürat yaradır

BAKI, 19 oktyabr — Sputnik. Döyüşlərdə iştirak edən hərbi qulluqçuların döyüş əzminin daha da artırılması məqsədilə Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat tədbirləri davam etdirilir. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Bu tədbirlər çərçivəsində “Əsgərə məktub” layihəsi də böyük coşqu ilə davam edir. Ordumuza dəstək olan vətəndaşlarımızın döyüşlərdə iştirak edən şəxsi heyətə ünvanladıqları məktublar hərbi qulluqçularımızda xoş təəssürat yaradır və onlar tərəfindən sevinclə qarşılanır. Hərbi qulluqçular da öz növbəsində xalq-ordu birliyinin təntənəsi olan Ordumuza dəstək kampaniyasında iştirak edən hər kəsə öz təşəkkürlərini çatdırır.

Böyük ruh yüksəkliyinə səbəb olan məktublar təbliğat və təşviqat qrupu tərəfindən sutkanın 24 saatı ərzində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşən hərbi qulluqçularımıza çatdırılır.

Bundan əlavə “Əsgərə Məktub Online” layihəsi də fəaliyyət göstərir. Layihəyə qoşulmaq üçün www.veten-ugrunda.az saytına daxil olaraq online məktub yaza bilərsiniz.

 

Xəbər lenti
0