08:04 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (742)
5301

Nazir Mevlüt Çavuşoğlu Ermənistan silahlı qüvvələrinin dinc insanları hədəfə alınmasını qətiyyətlə pisləyib. Mülki insanların həyatını itirməsi ilə bağlı ciddi narahatlığını ifadə edib.

BAKI, 15 oktyabr - Sputnik. Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovla Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Ceyhun Bayramov Ermənistan tərəfindən humanitar atəşkəsin kobud şəkildə pozulması və Azərbaycanlı dinc insanların və mülki obyektlərin atəşə tutulması barədə məlumat verib. İnsanların dəfn mərasimində atəşə tutulmasını barbarlıq kimi qiymətləndirən nazir Ceyhun Bayramov, Tərtərdə 3 mülki şəxsin qətli və 5 nəfərin yaralanması ilə nəticələnən hücumu Ermənistanın növbəti müharibə cinayəti olduğunu vurğulayıb.

Nazir Mevlüt Çavuşoğlu Ermənistan silahlı qüvvələrinin dinc insanları hədəfə alınmasını qətiyyətlə pisləyib. Mülki insanların həyatını itirməsi ilə bağlı ciddi narahatlığını ifadə edib.

Nazirlər bölgədə sülhün təmin olunması üçün BMT TŞ-nin qətnamələrinin tələb etdiyi kimi Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün torpaqlarından çıxmasının vacibliyini vurğulayıblar.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (742)

Əlaqədar

Azərbaycan XİN: Ermənistan təcavüz siyasətini davam etdirmək məqsədini güdür
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın Qırmızı Bazarla bağlı iddiasını təkzib etdi
İlham Əliyev: "Türkiyə bizim müttəfiqimizdir və biz bu imkanlardan istifadə edə bilərik"
Tərtərdə hücuma məruz qalmış dəfn mərasiminin keçirildiyi qəbiristanlıqdan video
Tərtərdə baş verən erməni terroru nəticəsində ölənlərin sayı dördə çatıb
Teqlər:
Ceyhun Bayramov, Mövlud Çavuşoğlu, ölənlər və yaralılar, Tərtər, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular