16:35 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (791)
5801

Ermənistandan beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyaları ilə üzərinə götürdüyü öhdəliklərə hörmət etməyi tələb edirik.

BAKI, 15 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələri oktyabrın 15-də də humanitar atəşkəsi kobud şəkildə pozaraq, Azərbaycanın sıx məskunlaşmış yaşayış yerlərini və mülki şəxslərini məqsədyönlü atəşə tutmağa davam edib. Səhər saatlarından etibarən, Azərbaycanın Ağdam, Ağcabədi, Goranboy və Tərtər rayonları artilleriya atəşinə məruz qalıb.

Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunda dəfn mərasimi zamanı qəbirstanlığı bilərəkdən atəşə tutması nəticəsində 3 mülki şəxs həyatını itirib, 5 nəfər isə ciddi xəsarət alıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat Xidməti idarəsinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, məqsədli şəkildə azərbaycanlı mülki şəxsləri hədəfə alaraq, dinc insanların hər hansı fərq qoyulmadan qətl edilməsi halı olan bu akt, Ermənistanın törətdiyi növbəti barbarlıq və insanlıq əleyhinə cinayətidir.

Ermənistan tərəfindən humanitar atəşkəsin kobudcasına pozulması bir daha onu nümayiş etdirir ki, bu ölkə münaqişənin siyasi həllində maraqlı deyil və Azərbaycana qarşı təcavüz siyasətini davam etdirmək məqsədini güdür.

Ermənistanın təcavüzkar siyasətini və bu ölkənin təcavüzü zamanı törətdiyi müharibə cinayətlərini qətiyyətlə pisləyirik. Ermənistandan beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyaları ilə üzərinə götürdüyü öhdəliklərə hörmət etməyi tələb edirik.

Humanitar atəşkəsə sadiq olduğumuzu qeyd edərək, Azərbaycanın öz mülki əhalisini müdafiə etmək suveren hüququnu özündə saxladığını bəyan edirik.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (791)

Əlaqədar

DTX erməni terroru barədə xəbərdarlıq etdi
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın Qırmızı Bazarla bağlı iddiasını təkzib etdi
"Los Angeles Times" Ermənistanın işğalçı siyasətindən yazdı
Ermənistana məxsus raketlər necə məhv edildi - xəritələr
Azərbaycan Müdafiə Nazirliyi ermənilərin daha bir yalanını təkzib etdi

Əsas mövzular