03:32 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
13 0 0

"Baza prinsiplərinə gəldikdə, orada hər şey aydın şəkildə yazılıb. Azərbaycanın işğal olunmuş rayonlarının mərhələli şəkildə azad edilməsi nəzərdə tutulur"

BAKI, 15 oktyabr — Sputnik. Rəsmi Bakı ATƏT-in Minsk qrupu tərəfindən müəyyən edilmiş prinsiplər əsasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına sadiq qalır. Bunu Sputnik-ə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

"Bu prinsiplər uzun illərdir işlənib hazırlanıb. 10 ildən artıqdır ki, deyərdim. Ermənistanın əvvəlki rəhbərliyi ilə iş prosesində biz mövqelərin razılaşdırılması prosesində çox fəal irəliləyirdik", - deyə İlham Əliyev Azərbaycan və Ermənistan liderlərinin Sputnik-ə paralel müsahibəsində "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova deyib.

"Baza prinsiplərinə gəldikdə, orada hər şey aydın şəkildə yazılıb. Azərbaycanın işğal olunmuş rayonlarının mərhələli şəkildə azad edilməsi nəzərdə tutulur. Birinci mərhələdə bu, işğal olunmuş ərazilərin cənub-şərq hissəsi – beş rayondur. İkinci mərhələdə isə bu, Dağlıq Qarabağ ilə Ermənistan arasında yerləşən ərazilər – Laçın və Kəlbəcər rayonlarıdır. Bütün kommunikasiyaların, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin başqa hissələrində yerləşən kommunikasiyaların açılmasıdır. Qaçqın və məcburi köçkünlərin öz əzəli yaşayış yerlərinə qayıtması azərbaycanlı qaçqınların həm Şuşa ərazisinə, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər rayonlarına qaytarılmasını nəzərdə tutur. Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi ilə bağlı danışıqlar tərəflər tərəfindən razılaşdırılmalıdır", - deyə İlham Əliyev qeyd edib.

Əlaqədar

İlham Əliyev: Əsas məqsədim Azərbaycan xalqının etimadını doğrultmaqdır
Əliyev Paşinyanı "Sorosun məhsulu" adlandırdı
İlham Əliyev rəsmi Bakının hərbçilər arasında itkiləri nə vaxt açıqlayacağını dedi
İlham Əliyev muzdluların Dağlıq Qarabağ döyüşlərində iştirakı barədə iddiaları təkzib edib
İlham Əliyev: Heç bir şərtlə Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyəcək

Əsas mövzular