04:53 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
176 0 0

Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərindəki qəbiristanlığa hücumu nəticəsində Azərbaycanın üç mülki vətəndaşı həlak olub, beş nəfər isə ağır yaralanıb.

BAKI, 15 oktyabr - Sputnik. Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərindəki qəbiristanlığa hücumu nəticəsində Azərbaycanın üç mülki vətəndaşı həlak olub, beş nəfər isə ağır yaralanıb.

Sputnik Azərbaycan ölən və yaralananların siyahısını əldə edib. 

Həlak olanlar:

Rüstəmov Vasif Bahadur oğlu (1962)

Orucov Pərviz Novruz oğlu (1989)

Zamanov Şakir Xasay oğlu (1988)

Yaralılar:

Məmmədov Füzuli Əli oğlu (1966)

Əmirov Nofəl Yelmar oğlu (1968)

Əmirov İskəndər Yelmar oğlu (1967)

Allahverdiyev Elsevər Vəli oğlu (1979)

Qənzənfərli Rafael Qəzənfər oğlu (1986)

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də "Twitter" səhifəsində Ermənistan silahlı qüvvələrinin bu terror hücumu barədə yazıb.

"Ermənistan humanitar atəşkəs arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərini qorumaq üçün suveren hüququnu özündə saxlayır", – Hacıyev əlavə edib.

Ermənistan silahlı qüvvələrinin 27 sentyabr təxribatı

Xatırladaq ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Humanitar atəşkəs

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

Əlaqədar

Ermənistanın dinc sakinlərə hücumu davam edir: Tərtərdə üç nəfər həlak oldu

Əsas mövzular