14:27 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (828)
40 0 0

Azərbaycan Mətbuat Şurası AzTV-nin xidməti avtomobilinin atəşə tutulması faktını qətiyyətlə pisləyir və bunu Ermənistanın azad sözə qarşı məqsədli hücumu kimi qiymətləndirir

BAKI, 14 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələri Tərtər rayonunda Azərbaycan jurnalistlərini atəşə tutublar. Rayonun Düyərli kəndində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) çəkiliş qrupunun olduğu avtomobilin hücuma məruz qalması nəticəsində sürücü Namiq Qənbərov üz və qarın nahiyəsindən xəsarət alıb, maşına ciddi ziyan dəyib. AzTV-nin atəşə məruz qalmış avtomobilinin üzərində onun sözügedən telekanala məxsusluğunu təsdiqləyən fərqləndirici nişanlar yer alıb. Maşındakı jurnalistlər də üzərində "PRESS" yazılmış gödəkçələrdə olublar. Kənardan baxanda görmək mümkün idi ki, avtomobil hərbi məqsədlər üçün deyil və bu, onu deməyə tam əsas verir ki, Ermənistan silahlı qüvvələri jurnalistləri bilərəkdən atəşə tutublar. Məqsəd media təmsilçilərinin həyatlarına qəsd etməkdir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Mətbuat Şurası AzTV-nin xidməti avtomobilinin atəşə tutulması faktını qətiyyətlə pisləyir və bunu Ermənistanın azad sözə qarşı məqsədli hücumu kimi qiymətləndirir: "Baş vermiş hadisə onu göstərir ki, işğalçı ölkə heç bir dəyərləri gözləmir, obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını əngəlləmək yolu tutur. Jurnalistlərin fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş belə cinayət əməlinə dünyanın media ictimaiyyətinin obyektiv və sərt münasibət göstərməsi son dərəcə vacibdir. Mətbuat Şurası bildirir ki, Dağlıq Qarabağ münaqişəsi müstəvisində hərbi əməliyyatların intensivləşdiyi hazırkı şəraitdə Ermənistan hərbi dairələri illərdir işğal altında saxladıqları Azərbaycan torpaqlarına xaricdən media təmsilçilərini dəvət edir, heç bir təminat vermədən onların həyat və sağlamlıqları üçün böyük təhdid yaradırlar. Bu, beynəlxalq hüququn norma və prinsiplərini, suveren dövlət kimi Azərbaycanın haqlarına söykənmiş prosedur tələblərə məhəl qoymamaqdır. Bu, eyni zamanda jurnalist həyatları üzərindən söz və ifadə azadlığı ilə açıq manipulyasiyadır. Məlumat üçün bildiririk ki, xarici ölkələrdən kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycan ərazisində peşə fəaliyyətlərini yerinə yetirmələri onların Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditasiyası ilə tənzimlənir. İstərdik ki, dünyanın media ictimaiyyətinin nümayəndələri olaraq sizlər gündəmə gətirdiyimiz məsələlərə həssas yanaşa, Ermənistan hakimiyyətinə qarşı mövcud istiqamətdə çağırışlar edəsiniz. Təəssüflə onu da bildiririk ki, Ermənistan hakimiyyətinin tutduğu işğalçılıq mövqeyi, bu mövqenin müxtəlif mənfi təzahür formaları nəticəsində onsuz da gərgin olan münaqişə bölgəsində və ona yaxın ərazilərdə jurnalist fəaliyyətinə qarşı bilərəkdən həyata keçirilən məhdudiyyətlərin, təhdidlərin təkrarlanmayacağına, daha acınacaqlı hadisələrin yaşanmayacağına heç bir zəmanət yoxdur".

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (828)

Əlaqədar

Hacıyev: "Ermənistan silahlı muzdluların istifadəsini qanuniləşdirmək istəyir"
Gəncə faciəsi: Bir gecə içində hər iki valideynindən məhrum olan Sevil və Hüseyn – VİDEO
Müharibənin simaları: onların həyatı artıq əvvəlki kimi olmayacaq – FOTO
Ombudsman UNICEF-ə müraciət etdi
Tərtər atəşə tutuldu, bir nəfər dinc sakin həlak oldu
Teqlər:
yaralı, əməkdaş, AzTV, Tərtər, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular