19:48 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (768)
68 0 0

Bir daha rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfindən fərqli olaraq Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi əməl edir.

BAKI, 14 oktyabr - Sputnik. Ermənistanın hərbi qurumunun nümayəndəsi hər gün mətbuat qarşısına həqiqəti əks etdirməyən məlumatlar və itkilər haqqında yalan statistikalarla çıxmağa məcburdur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir. 

"Onun məqsədi cəbhədə böyük itkilərə məruz qalaraq bir-birinin ardından yaşayış məntəqələrimizi qoyub qaçan Ermənistan silahlı qüvvələrinin uğursuzluqlarını ört-basdır etmək, öz xalqını sakitləşdirmək və eyni zamanda bu təxribat xarakterli məlumatlarla dünya ictimaiyyətinin diqqətini yayındırmaqdır.

Bir daha rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfindən fərqli olaraq Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi əməl edir" - məlumatda bildirilir.

Ermənistan silahlı qüvvələrinin 27 sentyabr təxribatı

Xatırladaq ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Humanitar atəşkəs

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (768)

Əsas mövzular