15:46 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
106 0 0

Monreal və Torontoda keçirilən tədbirlərdə erməni əsilli bəzi şəxslərin türklər və azərbaycanlılara istiqamətlənmiş təcavüzkar hərəkətləri, o cümlədən avtomobillərdən ibarət konvoya yad maddələrlə hücumlar həyata keçirdiyi müşahidə edilib.

BAKI, 13 oktyabr — Sputnik. Kanadada ermənilər azərbaycanlı və türklərin avtomobillərindən ibarət konvoya hücum edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Kanadanın Monreal şəhərində baş verib. Hadisə haqqında açıqlama verən Türkiyənin Ottavada olan səfiri Kərim Uras bildirib ki, hücumu həyata keçirən şəxslərin həbs edilməsi üçün Kanada rəhbərliyi ilə danışılıb.

"Kanadadakı erməni qrupların ölkəmizə və Azərbaycana haqsız yerə ittihamlar irəli sürən fəaliyyətlərinə qarşı Kanadadakı türklər və azərbaycanlılar tədbirlər keçirirlər. Monreal və Torontoda keçirilən tədbirlərdə erməni əsilli bəzi şəxslərin türklər və azərbaycanlılara istiqamətlənmiş təcavüzkar hərəkətləri, o cümlədən avtomobillərdən ibarət konvoya yad maddələrlə hücumlar həyata keçirdiyi müşahidə edilib. Hücum edən şəxslərin əməlləri ilə bağlı Kanada rəhbərliyinə müraciət edilib. Kanadadakı təmsilçilərimiz tərəfindən söz azadlığı hüququnu istifadə edən türk və azərbaycanlıların can və mal təhlükəsizliyinin təmin edilməsi üçün Kanada rəhbərliyinə müraciət olunub", - deyə səfir bildirib.

Xatırladaq ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Hərbi kampaniyanın getdiyi dövrdə ciddi itkilərə məruz qalan ermənilər, bu nəticə ilə barışmayaraq dünyanın hər yerində azərbaycanlılara qarşı terror əməliyyatlarına başlayıblar. Onlar Azərbaycanın haqq mübarizəsinə dəstək məqsədilə keçirilən dinc aksiyalarda təxribatlar törədir, azərbaycanlılar və türklərə qarşı terrorçu üsullardan istifadə edirlər. 

 

Əsas mövzular