03:29 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
90 0 0

Türkiyə müxalifətinin lideri Meral Akşənər Azərbaycanın işğal altındakı torpaqlarında hərbi əməliyyatların dayandırılmasına yönəlmiş atəşkəs danışıqları ilə bağlı deyib ki, o masada mütləq Türkiyə də olmalıdır. 

BAKI, 11 oktyabr — Sputnik. Türkiyənin aparıcı müxalifət partiyalarından biri olan İyi partiyanın lideri Meral Akşənər Azərbaycanın Ermənistanın işğal altındakı torpaqlarında hərbi əməliyyatların dayandırılmasına yönəlmiş atəşkəs danışıqlarına münasibətini bildirib. 

Sputnik Türkiyə-nin məlumatına görə, Akşənər jurnalistlərin Dağlıq Qarabağla bağlı suallarını cavablandırarkən, Türkiyə iqtidarının bu məsələdəki mövqeyinin düzgün olduğunu və bunu dəstəklədiklərini vurğulayıb:

"Bilirsiniz, Azərbaycan Türkiyə Cümhuriyyəti üçün eyni millətin iki dövlətindən biridir. Türkiyənin hər bir vətəndaşı Azərbaycana "can Azərbaycan" deyir. Biz də onlardanıq. Ermənistanın təcavüzləri, hücumları qarşısında Türkiyənin, iqtidarın mövqeyini doğru hesab etdiyimizi, dəstəklədiyimizi daha əvvəlki çıxışımda da demişəm. Bu dəstəyin davam etdirilməsinin lazım olduğunu da demişdim. Həm də bir xəbərdarlıq etmişdim. Əlbəttə bu məsələ ilə bağlı bir masaya oturacaqlar. O masada Türkiyənin də olması vacibdir. Hətta mümkünsə bir dövlətin - Rusiyadan bəhs edirəm - yerinə Türkiyə və digər əlaqədar dövlətlərin bu problemin həllinə töhfə verməsinin lazım gəldiyini ortaya qoymuşdum. Diplomatiyanı işə salmağın da gərəkli olduğunu demişdim". 

Atəşkəsin Türkiyə nöqteyi-nəzərindən çok problemli olduğunu ifadə edən Akşənər deyib: 

"Digər tərəfdən atəşkəs elan edildi, amma bu gün Ermənistan atəşkəsi pozdu. Bundan başqa, atəşkəsin elan edildiyini və sülhün bərqərar olduğunu düşünək. Bəs Qarabağda Azərbaycanın irəlilədiyi ərazilərdə torpaqların vəziyyəti necə olacaq? Ermənistan tərəfindən işgal edilmiş torpaqların durumu nə olacaq? Bunun üçün o masada Türkiyə mütləq oturmalıdır. İqtidar bu məsələyə çox diqqət yetirməlidir. Müxalifətiylə, iqtidarıyla bu məsələdə hər kəs, bütün türk milləti birləşmişkən, bunu Azərbaycanın faydasına çevirmək kimi bir diplomatik yola üstünlük veririk".

Əsas mövzular