23:19 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
65612

Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb ki, raket S-300 Hava Hücumundan Müdafiə Qüvvələrimiz tərəfindən məhv edilib.

BAKI, 10 oktyabr — Sputnik. Ermənistan öz ərazisindən Azərbaycanın Mingəçevir şəhərinə NATO kod adlı "SCUD" ballistik raketini buraxıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında paylaşım edib.

Prezidentin köməkçisi yazıb:

"Raket S-300 Hava Hücumundan Müdafiə Qüvvələrimiz tərəfindən məhv edilib. Raketin buraxılma anında təhqiramiz ifadələr səslənir. Ermənistanın dövlət terroruna son qoyulmalıdır. Bu video Ermənistandandır".

Xatırladaq ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Bütün bunlara baxmayaraq, Ermənistan silahlı qüvvələri atəşkəs rəsmən başladıqdan sonra da atəşkəsi pozmaqda davam edir.

Əlaqədar

Atəşkəs rejimini pozan Ermənistanın zirehli texnikası məhv edilib - video
Ermənistan atəşkəsi pozmaqda davam edərsə, Azərbaycan cavab verəcək - Hikmət Hacıyev
Atəşkəsi qəsdən pozdular və cavab ağır oldu - video
Ermənistanın atəş nöqtələrinə çıxarılan ağır artilleriyası məhv edilib-video

Əsas mövzular