01:28 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (690)
25 0 0

Ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində sentyabrın 27-dən indiyədək 31 mülki şəxs həlak olub, 168 nəfər yaralanıb

BAKI, 9 oktyabr — Sputnik. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələri və mülki əhalini hədəfə almaqla 09.10.2020-ci il tarixdə saat 14 radələrindən başlayaraq Ağdam rayonunun Quzanlı qəsəbəsini müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub.

Bu gün saat 14 radələrində Quzanlı qəsəbə sakinləri - 1979-cu il təvəllüdlü Hüseynov Əlizamin Cavid oğlu,1978-ci il təvəllüdlü Zeynalov Elçin Əli oğlu,1984-cü il təvəllüdlü Məmmədova Lalə Məhəmməd qızı və 1992-ci il təvəllüdlü Rzayev Elçin Hənifə oğlu qəsəbə ərazisinə mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Həmçinin sentyabrın 27-dən bu günədək erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluq bildirir ki, qeyd olunan müddət ərzində ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 31 mülki şəxs həlak olub, 168 nəfər yaralanıb.

Bundan başqa, 143 mülki obyekt, 1091 yaşayış evi və 45 çoxmənzilli yaşayış binası yarasız hala düşüb.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (690)
Teqlər:
Baş Prokurorluq, ölənlər və yaralılar, dinc sakinlər, Ağdam, erməni təcavüzü, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular