08:13 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (660)
27530

"Göndərdiyimiz bu bağlamaların üzərinə də yeni yaratdığımız qrupda paylaşılan məktubları çap edərək yollamaq istəyirik. Artıq məktubların çap edilməsinə başlamışıq və bundan sonrakı bağlamalar məktublu şəkildə əsgərlərə gödəriləcək" - Vəfadar Babayev

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 9 oktyabr — Sputnik. Azərbaycanda martdan etibarən pandemiya rejiminin elan edilməsi ən çətin günlərdə insanların necə bir-birilə həmrəy olduğunu bir daha göstərdi. Pandemiya ən əsas da insanlara yardımlaşmaq ənənələrini bir daha xatırlatdı. Lakin son günlərdə cəbhə xəttində baş verən hadisələr, gərginliyin artması fonunda, demək olar ki, pandemiya yaddan çıxıb. Hər kəs qələbə xəbəri ümidi ilə xəbərləri mütəmadi olaraq yeniləyir.

© Photo : Orxan Azim
Əsgərlərə göndərilən bağlamalar

Bu günlərdə həmrəyliyə, dəstəyə böyük ehtiyac olduğu göz qabağındadır. Sosial şəbəkələrdə yardımlaşmaq məqsədilə yaradılan qruplar isə kömək və dəstək olmaq üçün böyük bir imkan qazandırır. Vəfadar Babayev də bu cür möhtəşəm layihələri reallaşdırmağı üzərinə götürüb. Pandemiya dövründə "Evdar Kişilər Klubu"nu yaradan V.Babayev son baş verən hadisələrlə əlaqədar olaraq qrupun adını dəyişərək "Kişilər Klubu" qoyub. O, əsgərlərə yardım üçün daha bir möhtəşəm layihənin rəhbəridir.

Vəfadar Babayev

Qruplar haqda V.Babayev özü Sputnik Azərbaycan-a ətraflı danışır: "Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Biznesin idarəedilməsi" fakültəsində təhsil almışam, hazırda isə "Gəncliyə Yardım" Fondunda çalışıram".

V.Babayev ən həssas dönəmlərdə də sosial şəbəkələr vasitəsilə insanlara yardımçı olmağa çalışır.

© Photo : Orxan Azim
Əsgərlərə göndərilən bağlamalar

V.Babayevin sosial şəbəkələrdə hər kəsin bu gün yaxşı tanıdığı "Evdar Kişilər Klubu"nu yaratmaqda məqsədi pandemiya dövründə müəyyən yardımlar göstərmək olub: "Pandemiya dövrü idi, kişilərin də bir qismi evdə oturmuşdu. Qrup yarandıqda müəyyən zarafatlar edilirdi, kişilər evdə oturaraq hansı işlə məşğul olduqları haqda paylaşımlar edirdilər. Hər kəs özünün yemək bişirmək, ev işləri, təmizliklə bağlı qabiliyyətlərini göstərməyə çalışırdı. Sonrakı mərhələdə qrupdakı vəziyyət bir qədər ciddiləşdi".

"Qrup üzvlərimizdən təkliflər gəldi ki, bəs işsiz qalanlara yardım edək. Beləcə, yardım aksiyalarına başladıq. Aksiyalara başladıqdan sonra üzvlərimiz özləri könüllü olaraq öz şəxsi avtomobilləri ilə yardımlar təşkil etdilər. Beləcə, pandemiya vaxtı təxminən 2 min 500 ailəyə ərzaq yardımı oldu. Bizim klub eyni zamanda da bir şəhid ailəsinin evinin tikilməsinə səbəb oldu. Klub üzvlərimiz həm fəhlə kimi işlədi, həm maddi dəstək göstərdi, həm də ev əşyalarının alınmasında yardımçı oldular", - deyə həmsöhbətimiz əlavə edib.

© Photo : Orxan Azim
Əsgərlərə göndərilən bağlamalar

46 mindən artıq üzvü olan klubun adı bir neçə gün öncə dəyişilib: "Taleh Yüzbəyovun təklifi ilə oktyabrın 1-də qrupun adını dəyişərək "Kişilər Klubu" qoyduq. Çünki hər gün onlarla kişi qrupda sağollaşaraq cəbhəyə yola düşür".

Həmsöhbətimiz həmçinin "Əsgərə Şanlı Məktub" qrupunun da yaradıcısıdır: "Bildiyiniz kimi, hər gün əsgərlərə lazım olan müəyyən aksesuarlar, vasitələr göndəririk. Göndərdiyimiz bu bağlamaların üzərinə də yeni yaratdığımız qrupda paylaşılan məktubları çap edərək yollamaq istəyirik. Artıq məktubların çap edilməsinə başlamışıq və bundan sonrakı bağlamalar məktublu şəkildə əsgərlərə gödəriləcək. Qeyd edim ki, artıq ilk gündə bu qrupa əsgərlər üçün xanımlar və kişilər tərəfindən onlarla şanlı məktub gəlib. Qrupumuzda böyük ruh yüksəkliyi var. Bu qrupun da yaradılmasında məqsəd əsgərlərimizə mənəvi dəstək olmaqdır".

  • Əsgərlərə göndərilən bağlamalar
    © Photo : Orxan Azim
  • Əsgərlərə göndərilən bağlamalar
    © Photo : Orxan Azim
  • Əsgərlərə göndərilən bağlamalar
    © Photo : Orxan Azim
  • Əsgərlərə göndərilən bağlamalar
    © Photo : Orxan Azim
  • Layihə iştirkaçıları
    © Photo : Orxan Azim
1 / 5
© Photo : Orxan Azim
Əsgərlərə göndərilən bağlamalar

"Bu gün qrupumuzun üzvləri olan yüzlərlə kişi təkər yükləməkdən tutmuş arxa cəbhədə müəyyən işlərlə məşğul olur. Eyni zamanda da yüzlərlə vətəndaş əsgərlərə lazım olan paylar gətirir", - deyə o əlavə edir.

V.Babayev deyir ki, son üç gündə xaricdə, Almaniyada, Böyük Britaniyada yaşayan yerli vətəndaşlarımız da dəstək olmağa çalışır, müəyyən maddi vəsait yollayırlar: "Vəsaitlə yanaşı, əsgərlərə pambıq, bint, spirt, corab, isti papaqlar və s. göndərilir. Beləcə, hər gün 3-5 maşın cəbhəyə yardım göndəririk".

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (660)

Əlaqədar

Pensiyasını orduya bağışlayan Hikmət baba: "İndi ayaqqabı almağın vaxtı deyil..."
"Qarabağda müharibənin sonunadək hər əsgərə bir bağlama" - rusiyalı biznesmendən aksiya
Dəmiryolçulardan Azərbaycan Ordusuna dəstək gəldi
Həm ön, həm arxa cəbhədə birlik - hər kəs yardıma tələsir
Qızıldan qiymətli hədiyyə: lənkəranlı usta Qarabağı əl işləriylə bəzəmək istəyir - FOTO
Teqlər:
əsgər, Məktub, dəstək, yardım, klub, sosial şəbəkələr, arxa cəbhə, ön cəbhə, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Əsas mövzular