05:42 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
38 0 0

Azərbaycan Ordusunun əks-hücum əməliyyatları zamanı mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində keçirilən təbliğat-təşviqat işləri davam edir.

BAKI, 8 oktyabr - Sputnik. Azərbaycan Ordusunun əks-hücum əməliyyatları zamanı mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində keçirilən təbliğat-təşviqat işləri davam edir.Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Ali Baş Komandanın müraciətləri, təbrikləri və ürək sözləri, həmçinin hərbi komandanlığın müraciətləri, əldə edilən qələbələr barədə məlumatlar şəxsi heyətə və mülki sakinlərə operativ şəkildə çatdırılır.

Təşviqat tədbirlərinin məqsədi Ordu-xalq birliyinin daha da möhkəmləndirilməsi, Ordumuzun qüdrətinin və döyüşlərdəki uğurlarının işıqlandırılması, eləcə də döyüşlərdə rəşadət göstərən şəxsi heyətin döyüş ruhunun və qələbə əzminin təbliğ edilməsidir.

Şəxsi heyət və cəbhəboyu zonada yaşayan dinc sakinlər tərəfindən ruh yüksəkliyi ilə qarşılanan tədbirlər səyyar səsyayıcı stansiyalar vasitəsilə yayımlanan hərbi-vətənpərvərlik mahnı və marşları ilə müşayiət edilir.

Əsas mövzular