23:57 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (741)
39202

Eyni zamanda yuxarıda qeyd olunan digər şəhər və rayonlara çoxsaylı raket mərmiləri düşməsi nəticəsində infrastruktura ciddi ziyan dəyib

BAKI, 5 oktyabr — Sputnik. Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirərək 05 oktyabr 2020-ci il tarixdə səhər saatlarından etibarən düşmənin silahlı qüvvələri Goranboy, Göygöl, Beyləqan, Bərdə, Tərtər, Zərdab rayonlarının və Gəncə şəhərinin ərazisində əhalinin kompakt olduğu məntəqələri atəşə tutmaqda davam edir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, işğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşən raket mərmisinin qəlpələrindən Mehdiyeva Şəhriyar İsa qızı həlak olub, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Eyni zamanda yuxarıda qeyd olunan digər şəhər və rayonlara çoxsaylı raket mərmiləri düşməsi nəticəsində infrastruktura ciddi ziyan dəyib.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (741)

Əlaqədar

Azərbaycan XİN: Ermənistan ordusu məqsədyönlü şəkildə mülki şəxsləri hədəfə alır
Ermənistan ordusunun atəşi nəticəsində səkkiz gündə 24 dinc azərbaycanlı həlak olub
Ermənistan ordusu şəhərlərimizi atəşə tutur
Gəncə yenidən Ermənistan ərazisindən atəşə tutulur
Ombudsman: Ermənistan Azərbaycanı atəşə tutan zaman kasetli bombalardan istifadə edir

Əsas mövzular